Mütəxəssislər neftə olan tələbatın neft hasilatını üstələyə biləcəyini bildiriblər.
“Avqust ayındakı nəzəri neft kəsiri gündə 1,6 milyon bareldir”. Qeyd edək ki, bu barədə “Rystad Energy” analitik şirkətinin bir neçə gün bundan əvvəl yayımladığı hesabatda deyilir.
“Avqust ayında “Rystad Energy” bu nəzəri tarazlığa çatmaq üçün qlobal bazarın gündə əlavə 1,6 milyon barel tədarükə ehtiyac duyacağını proqnozlaşdırır". Bildirək ki, bu fikirlər də həmin hesabatda yer alıb.
Onu da bildirək ki, “Rystad Energy” şirkəti mütəxəssislərinin fikrincə, OPEC + razılaşmasının şərtləri dəyişməzsə bu baş verə bilər. Yeri gəlmişkən deyək ki, mütəxəssislər, bir qayda olaraq, yayda neftə olan tələbin artdığını etiraf etsələr də, amma bu dəfə koronavirus qadağalarına qoyulan məhdudiyyətlərin yumşaldılmasının da neftə olan tələbi artırmağa təkan verdiyini etiraf edirlər.
Qeyd edək ki, bir müddət bundan əvvəl Səudiyyə Ərəbistanı ilə Birləşmiş Ərəb Əmirlikləri də neft istehsalının artırılması barədə danışıqlar aparmışdı. Məsələnin həlli isə 18 iyulda, yəni bu gün OPEC + nazirlərinin iclasında baş tutacağı gözlənilir.
Bu arda bildirək ki, “Rystad Energy”, mərkəzi Norveçdə - Osloda yerləşən müstəqil enerji araşdırması şirkətidir.
Ağasəf Babayev