İranın Ali dini lideri Ayətullah Əli Xamneyi, yeni seçilmiş prezidentə ABŞ ilə danışıqlara etimad göstərməməsini tövsiyə edib. Diaspor-info xarici mətbuata istinadən xəbər verir ki, Ali dini lider vəzifəsindən gedən sabiq prezident Həsən Ruhaniyə qərbin verdiyi öhdəlikləri pozduğunu xatırladıb. O, "tvitter"də etdiyi paylaşımda bunları yazıb: “Digərləri cənab Ruhani hökumətinin təcrübəsindən istifadə etməlidirlər. Bu təcrübə Qərbə etimad etməməkdir. Bu administrasiya aydın şəkildə Qərbə güvənməyin faydasız olduğunu göstərdi".
Vaşinqtonun 2015-ci ildə imzalanan nüvə razılaşmasına, əsasən, sanksiyaların ləğvi üçün yazılı vədlər verdiyini, lakin daha sonra razılıq əsasında öz öhdəliklərinə məhəl qoymadığını da sözlərinə əlavə edərək, Xamneyi bunları deyib: “Qərb və ABŞ danışıqlarında tamamilə haqsız və pis niyyətlidirlər. Öhdəliklərini ümumiyyətlə pozmaqda tərəddüd etmirlər”.
Xamneyinin yaxın müttəfiqi olan Raisinin ABŞ-a mülayim sələfindən daha sərt bir yanaşması gözlənilir.
Müəllif: Turqay Musayev