Rusiyanın Voronej şəhərinin mərkəzində “PAZ” markalı avtobusda qaz balonu partlayıb.
Diaspor info"TASS" agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində 18 nəfər sərnişin yaralanıb.
Şəhər Təcili yardım stansiyasından verilən məlumata görə, yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan 2 nəfəri yanıq şöbəsində köçürülüb. Üç nəfərin vəziyyətinin ağır olduğu bildirilib. Bir qadın sərnişinin isə hər iki ayağı amputasiya olunub. Əməliyyatdan sonra 35 yaşlı həmin qadın dünyasını dəyişib. Onun kimliyi barədə məlumat verilməyib.
Partlayış nəticəsində avtobus tamamilə yanıb, yanğın söndürülüb.
Aidiyyəti xidmətlər hadisə yerinə cəlb edilib.
Qəzanın başvermə səbəbi araşdırılır.
106