BMT-nin Baş katibi Antoniu Quterreş Əfqanıstandakı vəziyyətlə bağlı bəyanatla çıxış edib.
Diaspor info-nun məlumatına görə, Baş katib bildirib ki, Əfqanıstanda vəziyyət nəzarətdən çıxır. Təkcə ötən ay hərbi əməliyyatlar nəticəsində mindən çox adamın ölüb və ya yaralanıb, 241 min insan evlərini tərk etmək məcburiyyətində qalıb.
Onun sözlərinə görə, ölkədə xəstəxanalar dolub, yemək və dərman çatışmazlığı mövcuddur, körpülər, yollar və məktəblər dağıdılıb.
158