Rusiyanın Kamçatka diyarında xilasedicilər Kuril gölündə batmış “Mi-8” tipli helikopterin yanında bir neçə turistin cəsədini tapıblar.
Diaspor info “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyindən verilən məlumatda qeyd olunub.
Bildirilir ki, dərinlik ölçən cihazın köməyi ilə helikopterin korpusunun batdığı yeri müəyyən etmək mümkün olub. Korpus sahildən təxminən 500 metr məsafədə, 110 metr dərinlikdə yerləşir.
“Helikopterin gövdəsinin yaxınlığında itkin düşmüş bir neçə turistin cəsədi tapılıb. Onların suyun üzünə qaldırılması məsələsi üzərində iş aparılır”, - məlumatda belə deyilir.
Qeyd edək ki, turistlərin olduğu “Mi-8” helikopteri Kamçatkanın cənubundakı Kuril gölünə düşüb. Onun göyərtəsində 3 ekipaj üzvü və biri uşaq olmaqla 13 sərnişin olub. Səkkiz nəfər sağ qalıb, onlardan ikisi reanimasiyadadır. Dörd nəfər isə xəsarət almayıb.