Türkiyə təhlükəsizlik qüvvələri, PKK terror təşkilatının 2017-2021-ci illərdə həyata keçirilən hücumlarında 40-dan çox Amerika TOW, İsveç istehsalı AT-4 və Fransa-Alman istehsalı olan MILAN tank əleyhinə döyüş sursatından istifadə etdiyini təsbit edib. Diaspor info xarici mətbuata istinadən xəbər verir ki, bu silahlar PKK -ya qarşı əməliyyatlardan sonra ələ keçirilib, bir -bir fotoşəkilləri çəkilib və seriya nömrələri qeyd edilib. NATO -ya üzv ölkələrin istehsal etdiyi bu cür silahların necə bir terror təşkilatının əlinə keçməsi ilə bağlı sual uzun müddətdir ki, cavab gözləyir.
Müəllif: Turqay Musayev
108