Haitidə zəlzələ nəticəsində həlak olanların sayı 227-ə çatıb.
Yerli Mülki Müdafiə İdarəsinin məlumatına görə, zəlzələ zamanı yüzlərlə insan yaralanıb və ya itkin düşüb.
CNN-in məlumatına görə, hökumət ölkə ərazisində fövqəladə vəziyyət elan edib.
20:44
Haitidə 7,2 bal gücündə zəlzələ baş verib.
Bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.
Zəlzələnin episentri Sen-Lui-Dyu-Syud şəhərindən 12,2 kilometr məsafədə qeydə alınıb. Zəlzələ nəticəsində ikisi azyaşlı olmaqla, ən azı dörd nəfərin həlak olduğu bildirilir.
97