Mixail Finkel: “Bu nə deməkdir? İlk növbədə nəhəng narkotrafik işə düşəcək, qətllər, qanunsuz sulah ticarəti və oradan bütün düynaya saçacaq terror aksiyaları...”
İsrailin nüfuzlu otrodoksal ravvini, jurnalist və hüquqşünas, beynəlxalq hüquq və siyasət üzrə tanınmış mütəxəssis, politoloji və dini məsələlər üzrə şərhçi Mixail Finkel Əfqanıstanda hakimiyyət çevrilişi, Taliban hərəkatının ölkəyə daxil olaraq “Əfqanıstan İslam Əmirliyi” yaratması addımlarını şərh edib.
Diaspor info-ya eksklüziv açıqlama verən Mixail Finkel mövzu ilə bağlı şərhində əsasən, ABŞ-ın Talibanın Əfqanıstanda hakimiyyətə gəlməsində əsas suçlu olmasına istehzalı eyham vurub və bənzər hadisələrin daha əvvəllər də baş verdiyini xatırladıb, hadisələrin haraya doğru inkişaf edəcəyini proqnozlaşdırıb.
“Karter şah Pəhləvini ataraq İrandan qaçdı və gözəl, inkişaf edən dövləti taleyin acı hökmünə buraxdı, dini fanatiklərin əlində qoydu, bu gün biz eyni davranışı Bayden tərəfindən Əfqanıstanda müşahidə edirik”
SİTAT: “Əgər biz xatırlayarsaq ki, ABŞ-ın “demokratik” prezidenti Conni Karter 1979-cu ildə özünü necə aparıb və eyni addımı hazırda ABŞ-ın “demokratik” prezidenti Co Bayden də təkrarlayır, bu zaman həmin davranışların ideintik olması qənaətinə gələrik. Karter şah Pəhləvini ataraq İrandan qaçdı və gözəl, inkişaf edən dövləti taleyin acı hökmünə buraxdı, dini fanatiklərin əlində qoydu, bu gün biz eyni davranışı Bayden tərəfindən Əfqanıstanda müşahidə edirik. Respublikaçılar hakimiyyətdə olarkən, 11 sentyabr terror hadisələrindən sonra kiçik Corc Buş ordunu Əfqanıstana yürütdü və bu torpaqlara 2001-ci ildən nəzarət etməyə başladı. Amerikalılar orada olarkən, Taliban yox idi. Nə orta əsr qanunları, nə vəhşiliklər, nə də qorxu yaradan ordu da mövcud deyildi”.
“Boris Conson Əfqanıstana ingilis ordusunu göndərməyə hazırlaşır və biz görəcəyik ki, dünyada sağ meylli siyasətçilər koalisiyada toplaşacaqlar”
“İndi isə Bayden quyruğunu qatlayaraq qaçdı. Diplomatları və s. adamları təxliyyə etdirdi, nəticədə dövlət Talibana verildi. Bu nə deməkdir? İlk növbədə nəhəng narkotrafik işə düşəcək, qətllər, qanunsuz sulah ticarəti və oradan bütün düynaya saçacaq terror aksiyaları... Yəni situasiya ağrdır”, deyən Finkel məsələnin digər tərəfinə də toxunub və Böyük Britaniyanın hadisələr çərçivəsindəki addımlarını şərh edib. SİTAT: “Bunu Böyük Brtitaniyanın ağıllı, iradəli və güclü baş naziri Boris Conson anlayır. Artıq o, Əfqanıstana ingilis ordusunu göndərməyə hazırlaşır və biz görəcəyik ki, dünyada sağ meylli siyasətçilər koalisiyada toplaşacaqlar”.
“Onların ideologiyaları məhz bundan ibarətdir – böyük hesabla luzorluq və xəyanət”
Mixail Finkel liberalların bacarıqsız və satqın olduquqlarını bildirib, onların hər zaman onlara inanaları yarı yolda qoyub-qaçdıqlarını iddia edib. SİTAT: “Lakin liberallar – Bayden, Kanadanın baş naziri Trüdo, Almaniyanın kansleri Merkel kimi solçular heç nə etməyəcəklər. Onlar sadəcə çox gözəl şəkildə qaçmağı bacarırlar. Döyüşməyi, problemləri həll etmək onların işi deyil, çünki hər biri zəfilərdirlər. Onların ideologiyaları məhz bundan ibarətdir – böyük hesabla luzorluq və xəyanət”.
Finkel ABŞ-da respublikaçıların iqtidarda olmamasından təəssüf hissi keçirdiyini ifadə edib və demokratların sözügedən regionda çox ciddi səhvlərə yol verdiklərini bildirib. Nəticədə Taliblərin nə qədər təhlükə saçacaqları barədə də proqnozlarını verən İsrail politoloqu bildirib ki, bu təhlükədən bir çox ölkələr fəsadlar ala biləcəklər. SİTAT: “Çox heyif ki, Tramp hakimiyyətdə deyil. O, heç vaxt belə addım atmazdı. Bu hər kəs üçün təhlükə və faciədir – həm Əfqanıstan üçün, həm Özbəkistan üçün, həm Tacikistan üçün. Bu, Rusiya üçün, Ysın Şərq üçün dəhşətli təhlükədir. Burada hər hansı bir yaxşı şeydən danıımaq olmaz. Taliblərlə qarşı-qarşıya dayanacaq yeganə tərəf Rusiya olacaq. Əbəs deyil ki, Rusiya öz mövqelərini Özbəkistanda, Tacikistanda gücləndirir və kardonlar düzür. Görək, İngiltərə bu məsələdə zöünü necə aparacaq”.
Rövşən RƏSULOV