...İndi “köhnə palan içi eşməyə” nə hacət deyəcəksiniz. Amma bu belə deyil, biz ermənilər artıq erkən keçirilən parlament seçkilərinin də xalqımızın rüsvayçılıq damğasını təmizləmədiyinin şahidi olmaqdayıq. Bu gün nə qədər ağır, bizim üçün “təhqiramiz” səslənsə də, etiraf etməliyik ki, hazırda layiq olduğumuzu alırıq. O vaxt, üç il əvvəl ermənilər nəyəsə aldanıb demaqoq, səriştəsiz birini-Nikol Paşinyanı hakimiyyətə gətirdilər. Bax, bu da “böyük tarixi keçmişə malik bir xalqın”-ermənilərin fəlakətinə yol açmağa başladı.
Yox, biz Nikolun elə də pis adam olduğunu demirik. İnsafla danışsaq, bu üç ildə, əvvəlkilərdən-Robertdən də, Serjikdən də fərqli olaraq Nikoldan əli əyrilik-filan da görməmişik.
Yadımızdadır, əvvəlkilər- həm Robert Koçaryan, həm də Serjik Sarkisyan hakimiyyətdə olarkən ölkədə sənaye miqyasında qarət demirəm, hətta əsgər yeməklərinə də əl qoymuşdular. Elə acgöz idilər ki, ölkənin duzunacan basıb yemişdilər.
Bəli, Robert Koçaryan və Serj Sarkisyanın prezidentliyi dövründə Ermənistanın talanının miqyasını başa düşürük və tanıyırıq. Amma bütün bunlar heç bir şəkildə Paşinyanın son nəticədə baş verənlərə görə günahını azaltmır.
Gəlin etiraf edək ki, Nikoldan əvvəlki hər iki prezidentin dövründə Azərbaycan erməni torpaqlarına “yaxın durmağa belə cəsarət” etmirdi.
Amma Nikol hər şeyi “viran” qoydu. “Böyük erməni xalqını” zəlil günə saldı. “Məğlubedilməz” erməniləri məğlub duruma gətirdi.
O, hətta bu məğlubiyyəti qanuniləşdirən sənədi də imzaladı. Ona ğörə də, bu gün onun və komandasının şəxsi günahı inkar edilə bilməzdi. Amma bütün bunlara baxmayaraq, növbədənkənar parlament seçkiləri də erməni xalqını “rüsvayçılıqdan” təmizləmədi. Seçki məntəqələrinə gələn ermənilərin əksəriyyəti məğlubiyyətə səs verdi. Əslində, bu, görünməmiş bir şeydir.
Ay ermənilər, siz hansı ağılla müharibəni uduzan birinə yenidən səs verirsiniz? Deyim ki, sizin bu əməliniz dünyada olmayan şeydir.
Siz baxın ki, bizə düşmən olan Azərbaycanda da bunu “hoydu-hoyduya” “qoyub gülürlər”. Onlar biz ermənilərin yenidən fərsizin birinə -Nikol Paşinyana səs verməyimizə “gülürlər”.
Dogrudan da, bu, tarixin misli görünməmiş bir hadisəsidir, “ölkəni satan birisi” yenidən ölkəyə rəhbər seçilir. Yəqin ki, ölkədə qalan başqa şeyləri də satmaq üçün?..
...Həqiqətən, bu, bir növ görünməmiş hadisədir. Amma buna görə özümüzdən başqasını günahlandırmaq bizim üçün, sadəcə, mümkün olmadığını da etiraf etməliyik. Ermənistanda satqının, işə yaramazın hakimiyyətə gəlməsinə və onun hələ də hakimiyyətdə qalmasına görə biz ermənilər özümüzü günahkar görməliyik.
Ağasəf Babayev