Amerika prezidenti Cozef Bayden Əfqanıstan hakimiyyətini “Taliban” qüvvələrinə qarşı birləşməməkdə, döyüşə və danışıqlar apara bilmədiklərinə görə qınayıb. Onun fikrincə, məhz buna görə “Əfqanıstanın süqutu gözləniləndən daha sürətli” oldu.
Çıxışı zamanı əfqan xalqına müraciət edən ABŞ prezidenti əfqanıstanlı həmkarı Əşrəf Qaninin “Əfqanıstan əsgərlərinin döyüşəcəyinə zəmanət verdiyini, ancaq açıq-aşkar səhvlər etdiyini” də əlavə edib. Onun sözlərinə görə, ABŞ hərbi kontingentinin Əfqanıstanda qalmasının davam etməsi bu ölkənin problemlərini həll etməyəcəkdi, çünki ABŞ hakimiyyəti Əfqanıstan hökumətinə “gələcəyini təyin etmək üçün hər şeyi verdi, lakin onlara gələcəkləri üçün döyüşmək istəyi verə bilmədi”.
Cozef Bayden Əfqanıstan qüvvələrinin özləri üçün mübarizə aparmaq istəmədikləri təqdirdə, amerikalı əsgərlərin onların əvəzinə ölümə getməklərinə də heç bir lizum görmədiyini əlavə edib. O, ABŞ-ın Əfqanıstandan çıxarılması qərarının kənardan tənqidlərlə qarşılandığına baxmayaraq, amma doğru hesab etdiyini və Əfqanıstanla bağlı keçmişdə başqalarının etdiyi səhvləri etməyəcəyini də bildirib.
Xatırladırıq ki, bir müddət bundan əvvəl Bayden, ABŞ-ın maraqlarına qarşı düşmənçilik göstərəcəyi təqdirdə “Taliban”a da “güclü cavab” verəcəyi ilə hədələmişdi.
Ağasəf Babayev