Belarus-Latviya sərhədini keçməyə cəhd göstərən şəxslərin sərhəddən geri göndərilməsi və onlara qarşı tətbiq edilən zorakılıq əməlləri ilə bağlı xəbərlərdən narahatlığımızı ifadə edirik. Tərəfləri əsas humanitar prinsiplərə hörmətlə yanaşmağa, beynəlxalq və Avropa qanunlarına riayət etməyə və zorakılıqdan çəkinməyə çağırırıq.
Diaspor info xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumatı BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Şimali Avropa və Baltikyanı region üzrə nümayəndəsi Elizabet Haslund məlumat verib.
Elizabet Haslund QAK-ın Latviyadakı vəziyyəti və hadisələrin gedişatını diqqətlə izlədiyini vurğulayıb. Təşkilatın Şimali Avropa və Baltikyanı ölkələrdəki nümayəndəsi Latviya hökuməti ilə təcili məsləhətləşmələr məqsədilə bu ölkəyə etdiyi bir günlük səfərini yenicə başa vurub.
E.Haslund Latviyanın “LSM” saytına verdiyi açıqlamada Belarus-Latviya sərhədində vəziyyətin dəyərləndirilməsi və bu vəziyyətə cavab olaraq görülmüş tədbirlər barədə məlumat əldə etmək məqsədilə hökumət nümayəndələri ilə görüşdüyünü bildirib.
O, qeyri-leqal miqrantların Latviyaya buraxılmamasını faktiki olaraq onların Belarusa geri göndərilməsi, habelə onlara qaçqınlıq statusu almaq üçün müraciət etmək imkanı verilməməsi Avropa İnsan Haqları Konvensiyasına zidd olduğunu bildirib.