Sülhməramlı: “Ermənilər məğlubiyyətlə barışmırlar və hər dəfə öz əhəmiyyətlərini göstərməyə çalışırlar, halbuki, yumurtanın ağından ayrılmış satısı qədər də deyillər”
Rusiya seqmentinə məxsus bir sıra teleqram kanalları, xüsusilə REVERSE SIDE OF THE MEDAL Azərbaycanın işğaldan azad olunmuş Qarabağın Rusiya sülhnəramlıları kontingentinin məsul olduqları ərazilərdə xidmət aparan hərbi qulluqçusunun fikirlərini dərc edib. Adı açıqlanmayan rusiyalı sülhməramlı xidməti haqqında həmçinin ermənilərin onlara münasibəti barədə bir sıra maraqdoğurucu fikirlərini açıqlayıb. Diaspor info- olaraq həmin fikirləərin bəzisini diqqətinizə çatdırırıq.
“Yerli ermənilər əvvəllər bizdən hətta pul da almırdılar, indi isə hər şey dəyişib”
“Mən burada ikinci növbədəyəm, yəni 2020-ci ilin Noyabrında Qarabağa daxil olanlar buranı tərk edəndən sonra onlaı əvəzləyənlərdənəm. Ümumiyyətlə, bütün bunlar böyük erməni iflasıdır. Azərbaycan revanşa hazırlaşırdı və konkret olaraq hazırlaşırdı”, deyən sülhməramlı əlavə edib ki, onların kontingenti demək olar ki, lüt bir sahəyə atılmışdı. İndi burada mövcud olmaq üçü əla şəraitlər yaradılıb, onda isə harada gəldi yaşayırdılar: “Yerli ermənilər əvvəllər bizdən hətta pul da almırdılar, indi isə hər şey dəyişib. Bizə olan münasibət indi bu cürdür: əvvəl harada idiniz və bizi müdafiə edin.
Tərəflər arasında vəziyyət belədir: azərbaycanlılar özlərini qalib hüququnda aparırlar. Ermənilər məğlubiyyətlə barışmırlar və hər dəfə öz əhəmiyyətlərini göstərməyə çalışırlar, halbuki, yumurtanın ağından ayrılmış satısı qədər də deyillər. Məsələn, bax indi (mətn yazılarkən nəzərdə tutulub-red.) Geqarkunik (Basarkeçər-red.) vilayətinin şimalında yenidən hərəkətlilik var”.
“Ermənilərdə 3 nəfər 200 yükü (ölü), 4 nəfər 300 yükü (yaralı) oldu...”
“Səhər saat 5-ə yaxın Verin-Şorja rayonundakı postlar arasında atışma olub”, deyən sülhməramlı hadisəni belə şərh edir: “Ermənilər itirilmiş post haqqında danışıblar. Bizim MN-nin versiyasında baş verməyən daha bir atışmaya gəlincə: saat 3:00-a yaxın qarmaqarışıqlıq başladı. Ermənilər öz postlarında bir zabit və üç (ya da iki) əsgər qoydular. Sonra tankların, minomyotların iştirakı ilə konkret atışma başlandı. Özü də bütün bunları erməni tərəfi istifadə edirdi. Saat 10:00-da hər şey başa çatdı. Baş verənləri analiz edərkən, belə deyə bilərik ki, bu erməni ordusunun təxribatı idi. Nəticə isə: ermənilərdə 3 nəfər 200 yükü (ölü), 4 nəfər 300 yükü (yaralı) oldu...”
Sülhməramlı daha sonra maşınların və sənədlərin yoxlanılması barədə danışıb.
“Bir maşında baqaj dolusu çətənə aşkarlandı, digərində isə 80 yaşlı qarının meyiti”
Onun sözlərinə görə, maşınların yoxlanılması vaxtı bəzən sürprizlərlə də qarşılaşırlar: “Münaqişə başa çatandan sonra çox sayda silah qalıb. Biz silahları mütəmadi olaraq ermənilərdən geri alırıq. Bu yaxınlarda birini çətənə kolu ilə saxlamışıq. Həmin tip bütöv bir baqajı doldurmuşdu. Onu dəniz piyadaları (sülhməramlı kontingentinə daxil – red.) qəbul etdilər. Hətta bir dəfə işində 80 yaşlı qoca qarının meyiti olan maşını saxlamışdıq. O ölmüşdü və qohumları qonşu kəndə dəfn etməyə aparırdılar”.
Rusiyalı sülhməramlı onu da etiraf edib ki, Qarabağdakı nəhəng minalanmış sahələri o başqa heç yerdə görməyib: “Özü də ermənilər elə sürətlə geri çəkilirdilər ki, bir çox sahələrdə hətta formulyasiya işləri belə qeyd olunmayıb. İndi isə humanitar minatəmizləyən rota hər gün ərazilərə çıxırlar ki, minaları zərərsizləşdirsinlər. Yeri gəlmişkən, təmizlənmə zamanı Ural yük maşını minaya düşdü. Nəticədə həm sürücü, həm də maşının komandiri orta dərəcəli travmalarla Rusiyaya göndərildilər. Hər ikisi sağ-salamatdırlar, ancaq onları burada saxlamadılar”.
“Yerlilər haqqında bir şeyi deyə bilərəm – onlar ermənilərdirlər...”
Rusiyalı sülhməramlı yerli ermənilərin davranışları və münasibətləri barədə danışıb: “Yerlilər haqqında bir şeyi deyə bilərəm – onlar ermənilərdirlər... Biz çox yaxşı gəlir mənbəyiyik. Yaşayış həddi çox aşağıdır. Hərbçilərin bir sutkada 17 dollar məvacibləri və ezamiyyə pulları nəzərə alınarsa onlar (sülhməramlılar) özləri üçün bir çox şeylər edə bilərlər. Yerlilər də məhz bundan istifadə edirlər, harada postlar qurulubsa, dərhal həmin yerlərdə mağazalar açırlar. Elələri də var ki, bizim onları satdıqlarımızı düşünürlər, çünki müharibədə Ermənistanın tərəfində döyüşmədik”.
Bax, bu cürdür rusiyalı sülhməramlıların Qarabağda ermənilərin əhatəsindəki həyatları və fəaliyyətləri. Hər halda, sülhməramlının dediklərindən də belə nəticəyə gəlmək olar ki, ermənilərin içində xidmət aparmaq onlar üçün hətta əzabvericidir, çünki elə açıqlama verən silhməramlının da dediyi kimi: onlar ermənilərdirlər...
Rövşən RƏSULOV