ABŞ-ın Əfqanıstandan çəkilmə qərarı ilə bağlı Amerika prezidenti Co Bayden mətbuata açıqlama verib. Diaspor info-nun xarici mətbuata istinadən verdiyi xəbərə görə, ABŞ prezidenti Co Bayden "ABC News" verdiyi xüsusi müsahibədə Əfqanıstan haqqında danışıb.
ABŞ prezidentinin sözlərinə görə, xaos olmadan Əfqanıstandan çəkilməyin bir yolu olmadığını bildirib: "Biz taliblərin böyük gücə sahib olduğunu bilirdik. Amma bilmədiyimiz şeylərdən biri, insanların ölkəni tərk etməməsinə çalışarkən, talibanlıların nə edəcəkləri idi".
Co Bayden qeyd edib ki, Talibanın hazırda ABŞ vətəndaşlarının təxliyəsi ilə əməkdaşlıq etdiyini və vətəndaşların, işçilərin ölkədən çıxmasına icazə verildiyini, ancaq ABŞ üçün çalışan əfqan personalının ölkədən çıxmasında çətinliklərin olduğunu söyləyib.
ABŞ-ın Əfqanıstandan çəkilmə qərarından sonra, Kabul hava limanında təyyarələri və uçuş-enmə zolaqlarını dolduran mülki vətəndaşların xaosu haqqında da danışıb: "Görüntülərdən sonra düşündüyüm ilk şey, bu işi nəzarətə götürməyiniz idi. Daha sürətli hərəkət etməli və hava limanına nəzarəti ələ almalıyıq. Biz bunu etdik".
Müəllif: Qönçə Quliyeva