“Bu günə olan tarixə görə dünyada yeni koronavirusa yoluxanların sayı 210 milyonu keçib”. Diaspor info-nun verdiyi məlumata görə, bu sözləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 20-də keçirilən brifinqində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ən çox yoluxma qeyd olunan ölkələrin içərisində ABŞ, Hindistanın adı çəkilir: “Son günlər Azərbaycanda da yoluxma sayında kəskin artım müşahidə edilir. Bu gün biz 23 faiz yoluxma əmsalı görürük”.
116