Bu gün Ermənistan parlamentində hökumətin proqramı millət vəkilləri tərəfindən müzakirə olunarkən ehtiraslar yenidən yüksəlib. Diaspor jnfo erməni mətbuatına istinadən xəbər verir ki, çıxışında hakim "Vətəndaş Müqaviləsi" partiyasından olan millət vəkili Hayk Sarkisyanın hərbi xidmətdən pul qarşılığında yayınmaq və ya yüksək rütbəli şəxslərə zəng etmək kimi qanunsuz əməllər törədən məmurları Vətənə xəyanətdə ittiham etməsi diqqət çəkdi.
Deputatın bu sözlərindən sonra zaldan onun çıxış etdiyi kürsüyə tərəf bir şüşə qab atılıb. Sarkisyanın "Ey, özünü yaxşı apar" deməsindən sonra vəziyyət bir az da gərginləşib. millət vəkilləri iclas salonunun müxtəlif tərəflərindən bir-birlərinə şüşə atmağa başlayıblar.
Parlamentin sədri Alen Simonyan təhlükəsizlik xidmətinin əməkdaşlarını zala dəvət edib və özü də fasilə elan edib.