Ana səhifə XəbərlərElm və təhsil
Ali məktəb üzrə qabiliyyət imtahanının nəticəsi kolleclərə şamil olunmur
ELM VƏ TƏHSİL
16:19 25.08.2021
218
Paylaş
Ali məktəb üzrə qabiliyyət imtahanının nəticəsi kolleclərə şamil olunmur.
Diaspor info xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) feysbuk səhifəsi vasitəsilə Mərkəzin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə V ixtisas qrupu üzrə ixtisas seçimi edəcək abituriyentlərin, həmçinin ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrların suallarını cavablandırarkən bildirib.
Xatırladaq ki, ixtisas seçimi avqustun 20-dən başlanıb və 30-dək davam edəcək. DİM-in Direktorlar Şurasının sədri avqustun 23-də II və III, avqustun 24-də I və IV ixtisas qrupları üzrə abituriyentlərin suallarını cavablandırıb.