Çin ABŞ-ı yeni növ koronavirusun mənşəyi ilə bağlı araşdırmaları siyasiləşdirməkdə günahlandırıb. Diaspor info-nun xarici mətbuata istinadən verdiyi xəbərə görə, Çin Xarici İşlər Nazirliyinin Baş direktoru Səfir Fu Cong keçirdiyi brifinqdə ABŞ haqqında açıqlama verib.
O bildirib ki, ABŞ kəşfiyyatının Covid-19-un mənşəyi ilə bağlı hesabatını açıqlamadan əvvəl ABŞ-ın Çini günahlandıraraq pandemiyanın mənşəyini tapmaq əvəzinə hadisəni siyasiləşdirdiyini söyləyib: “Çini günah keçisi kimi göstərmək, ABŞ-ın günahsız olduğunu göstərməz, əgər Çini əsassız olaraq ittiham etmək istəyirlərsə, Çinin əks-hücumuna hazır olmalıdırlar”.
Qeyd edək ki, ÜST nümayəndə heyəti Vuhana getmişdi. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndə heyətinin Vuhanda araşdırmalar aparmasına icazə vermişdi.
Müəllif: Qönçə Quliyeva