Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Əfqanıstanda hakimiyyətə gələn “Taliban” hərəkatının nümayəndələri ilə bağlı Moskvanın mövqeyini açıqlayıb. Onun sözlərinə görə, Rusiya hələ də “Taliban”ı tanımır. Amma buna baxmayaraq, Əfqanıstanda baş verənləri diqqətlə izləyir.
Kremlin sözçüsü bu gün “Taliban”ın Əfqanıstan ərazisinin böyük bir hissəsində hakimiyyətə keçməsinin de-fakto başa çatmış bir proses olduğunu da etiraf edib.
Xatırladırıq ki, daha əvvəl ABŞ Əfqanıstanın yeni hakimiyyəti ilə “Taliban” yaraqlılarının simasında dialoq aparmağa hazır olduğunu bildirmışdi. Bəs, Rusiya?
Onu da bildirək ki, Peskov, “Taliban”ın növbəti addımlarının nə olacağını çox diqqətlə izləməyin lazım olduğunu qeyd edib. Onun sözlərinə görə, bu, prioritetdir. “Birincisi, taliblərin Əfqanıstanda hökmranlığının gerçək olaraq necə təcəssüm ediləcəyini görmək lazımdır. Rusiya Əfqanıstanda sülh və sabitliyin qovuşmasında maraqlıdır”-deyən Peskov miqrantlarla bağlı suala cavab olaraq hazırda Rusiya Xarici İşlər Nazirliyinin bu məsələ üzərində işlədiyini bildirib.
Ağasəf Babayev