Rusiyada terrorun təbliğatı və ictimai əsaslandırma ilə əlaqəli cinayətlərin sayı 50 faizdən də çox artıb. Qeyd edək ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin cinayət vəziyyətinə dair statistikasında deyilir.
Belə ki, departamentdən verilən məlumata görə, 2021 -ci ilin yanvar -iyul ayları arasında Rusiyada Cinayət Məcəlləsinin 205.2 -ci maddəsi ilə 243 cinayət hadisəsi qeydə alınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 50 faizdən də çoxdur.
Qeyd edək ki, Rusiyada Cinayət Məcəlləsinin 205.2-ci maddəsi özündə “terror fəaliyyətinə açıq çağırışlar, terrorun açıq şəkildə əsaslandırılması və ya terrorun təbliği”ni təsbit edir.
Xatırldaq ki, Rusiyada bu ilin 6 ayı ərzində Cinayət Məcəlləsinin 205.2-ci maddəsi ilə qeydə alınan cinayətlər 2020 -ci ilin eyni dövrü ilə müqayisədə xeyli çoxdur.
Əlavə etmək lazımdır ki, bu ilin birinci yarısında Rusiyada informasiya sistemləri və texnologiyaları üzrə cinayətlərin də sayı demək olar ki, 16 faiz artıb. Ölkənin Daxili İşlər Nazirliyinin rəsmiləri 316 min belə hadisəni qeydə aldıqlarını bildiriblər. Belə ki, nazirlik rəsmilərinin dediyinə görə belə cinayətlər daha çox internet və mobil cihazlardan istifadə etməklə həyata keçirilib.
Ağasəf Babayev