Xankəndi oyunbazlığına və s. sirk tamaşalarına pərdə çəkilir
Fakt budur ki, Azərbaycanın ermənidilli əhalisi Qarabağda işıqsız, susuz, eləcə də mobil rabitəsiz və internetsiz qalıb, özü də “gələcəklərinə” inanmaqla! Hansı gələcəklərinə? Artıq gorbagor “statuslarının” gələcəyinəmi, yoxsa “müstəqilliklərinin” gələcəyinəmi, ya da öz problemləri ilə xəritədən silinməyə doğru gedən “ana” Ermənistanın onu tanımasınamı..? Gülüncdür!
Bu arada onu da qeyd etmək yerinə düşərdi ki, Ermənistan hakimiyyətinin Azərbaycanla əməkdaşlığa gedərək sərhədlərin delimitasiyası və demarkasiyası təklifindən imtinası nəinki Qarabağ ermənilərinə gözlənilməz əks-effekt verdi.
Azərbaycanın ermənilər yaşayan ərazilərində bu əhali üçün gözlənilməz katastrofik və anlaşılmaz hadisələr bir-birini sürətlə əvəzləməyə başladı:
Qızmar, yandırıcı yay aylarında həm içməli, həm də suvarma sularının verilməsində axsamalara başlanıldı. Xankəndi sakinlərinin su borularından adi su kəsildi. Sonra isə ümumiyyətlə, sular buxarlandı. Nəticədə şəhər sakinləri qiyam dərəcəsinə çatdılar – axı necə ola bilər ki, su hövzələri bol olan bir yerdə su qıtlığı baş versin?
Son vaxrlar özbaşınalıqları və sözün gerçək mənasında yekəxanalıqları ilə get-gedə Bakının da səbrini tükəndirməyə başladan Rusiya sülhməramlıları (SM) vəziyyətin çərçivədən çıxacağını tam yəqinləşdirdikdən sonra yanğınsöndürən və su daşıyan maşınlarla, sisternlərdə şəhərin küçələrinə, məhəllələrinə içməli su daşımağa başladılar. Üstəlik əhalini inandırmağa çalışdılar ki, yağışlar mövsümü gələr-gəlməz hər şey yoluna düşəcək, siz sadəcə dözün (?).
İrəvan da Xankəndi əhalisini inandırmağa başladı:
- Siz dərhal panikaya düşməyin, sıxılmayın, Qərb bizə kömək edəcək, İran da yardımını əsirgəməyək və s...
Həqiqətən də bir neçə İran furaları hansısa sirli yollarla Xankəndidə göründülər və az da olsa şəhərdəki qiyam ab-havasını aldılar, amma bu da uzun sürmədi, cəmi bir həftə. İranın səfiri Azərbaycan XİN-nə çağırıldı və ona müvafiq Nota verildi. Bildirildi ki, İranın Azərbaycan ərazilərində fəaliyyəti inam və etibarı azaldır, Tehranla Bakının münasibətlərini şübhə altında qoyur. Məhz bundan sonra İranda dü.ündülər və Qarabağa gedişlərə yavaş-yavaş son qoyuldu. Hətta belə deyək, qonşu İranın yeni prezidenti İbrahim Rəisi ermənisevər eks-prezident Həsən Hatəmiyə tay olmadığını nümayiş etdirdi. Beləliklə, İranın da yardımı birdəfəlik oldu.
Xankəndinin əhalisi və ətraf kənlərin sakinləri artıq Azərbaycandan köçməyə hazırlaşdılar, hətta İrəvana da deyil, daha uzaqlara. Əvvəlcə evlərinin, mənzillərinin, torpaqlarının, bağ-bostanlarının, ev əşyalarının, hətta zirəmilərdəki tutovka araqlarının, çaxırlarının, qab-qaşıqlarının əllərinə düşən hər şeyin qiymətlərini müəyyənləşdirib elan verdilər. Özü də elanların sayı yüzlərlə ölçüldü, fəqət alıcı sayı “0”! Kim alacaq ki? Demək belə hesab mümkündür ki, onlar apara biləcəklərini aparacaqlar, apara bilməyəcəklərini isə ya Kəlbəcərdə və s. azad olunmuş torpaqlarımızda olduğu kimi od vurub yandıracaqlar, ya da eləcə qoyub-gedəcəklər. Başqa çıxış yolları da yoxdur zatən. Hə, düşüncəliləri olarsa, onlar Azərbaycanın qanunlarına tabe olaraq heç bir problem-filan olmadan rahat həyatlarını sürdürməyə davam edəcəklər. Buna isə kimsənin şübhəsi olmamalıdır.
Amma gəlin-görək, bu olaylarda İrəvan nə edirdi? İrəvan 44 günlük müharibədəki məğlubiyyətini unudaraq Bakı ilə “şərtlərlə” danışmağa cəhd göstərdi. Lakin nəticədə cəmi ikicə günə Bakı İrəvana elə bir dərs verdi ki..!
Azərbaycanın şanlı Silahlı Qüvvələri İran-Qafam-Gorus-İrəvan avtrotrasının özünə aid 21 kilometrlik suveren hissəsini bağladı. Nəticədə İrəvan və Xankəndi mühasirədə və blokadada qaldı.
Bundan sonra gözlənilldiyi kimi, Ermənistan hakimiyyəti özünün ənənəvi haray-həşirini qaldırdı, “Bakı Ermənistana gedən və onu Fars körfəzi ilə əlaqələndirən yolu bağlamaq üçün ixtiyar sahibi deyil... BMT-nin Baş Assambleyası, ATƏT, Vaşinqton, Paris və Tehran bunu belə qoymayacaq, Bakının üzərinə sanksiyalar yağışları yağacaq və s. və i...”
İrəvanda və Xankəndidə, hətta Gümrüdə və Stepanavanda, Eçmiədzində məhz belə düşünürdülər. Sadəcə düşünürdülər, amma onblar elə düşünməklərində qaldılar, çünki sakitlik oldu, heç bir ölkə, qurum və təşkilat bu məsələyə müdaxilə etmədi və edə də bilməzdi, Azərbaycan öz suveren, beynəlxalq miqyasda tanınan ərazilərinə çəki-düzən verir, Bakı ixtiyar sahibidir!
Bunu dərk edən İrəvan yenidən hay-küy salaraq Moskvaya, Brüsselə, Vaşinqtona və Parisə şikayət etdi ki, “artsaxın” ərazisində mobil rabitə və internet yoxdur və Bakı ən müasir vasitələrlə məlum rabitə və internet şirkətlərinin telekommunikasiya avadanlıqlarını sıradan çıxarır və bu məsələdə Qarabağ ermənilərini ətraf dünyadan təcrid edir, “sıxır...”
Yenə deə reaksiya olmadı, sadəcə tövsiyə edildi:
- Ermənistan SSR və Azərbaycan SSR vaxtlarının sərhədlərini dəqiqləşdirin və müəyyənləşdirməyə başlayın.
İrəvanda da bundan qorxurlar, çünki sərhədləri tanımaqla Ermənistan hələ 1988-ci ildə Azərbaycan üçün qazdığı quyuya özü düşür.
Ötən həftənin cümə günü İrəvanda əsəblər tarıma çəkildi və dözmədi, aydın oldu ki, Bakı ilə söz oyunu oynamağın ümumiyyətlə yeri deyil. Xankəndi məsələsi isə artıq qapanıb!
Nikol Paşinyan parlamentdəki çıxışında Azərbaycanın Eyvazlı və Çayzəmi kəndlərinin adlarını elə Azərbaycan toponimində səsləndirdi, İran-Ermənistan yolunun 21 km-lik kəsimini Azərbaycanın suveren ərazisi kimi tanıdı. Bu tanımalar isə davam edəcək.
İrəvanda və Moskvada dərk edilməlidir ki, rəsmi Bakı müharibədə uduzan tərəfin kaprizlərinə dözmək fikrində deyil. Öü də bundan sonra istənilən təxribatlara, hörmətsizliklərə və s. hallara ən ağır cavablar veriləcək, hətta antiterror əməliyyatlarına qədər!
Rövşən RƏSULOV