Rus sülhməramlılarının müvəqqəti olaraq yerləşdikləri Azərbaycan ərazilərində silahlı erməni qalmamalıdır, bu qədər bəsit!
Azərbaycan Silahlı Qüvvələri qanuni və hüquqi olaraq öz ərazilərində yerləşiblər, ancaq üçtərəfli bəyanatda qeyd olunmuş bəndlərə görə “artsax” adlı qondarma qurumun silahlı quldur dəstələri, eləcə də Ermənistanın Rusiya sülhməramlılarının burunlarının altından – Laçın dəhlizindən sızan hərbçi dəstələri bu əraziləri tərk etməlidirlər. Yəni, bəyanatın qəbul olunmuş prinsiplərindən biri də budur.
Yaxud, erməni əsgəri yalnız Ermənistanın ərazilərində, eləcə də həmin ölkələrin ərazilərində olmalıdır ki, bu ölkələr onlara razılıq veriblər – misal üçün, Suriya və s. Beləliklə, erməni silahlı qüvvələrinin mövcud olmaması üçün hər hansı qanun yoxdur, onlar müəyyən olunmuş ərazilərdə ola bilərlər, yalnız həmin ərazilər daxilində Azərbaycan adlı ölkə olmamalıdır!
Bakı Rusiya sülhməramlılarına mandatın verilməsi prosesini haqlı (!) olaraq gecikdirir
Bir daha üçtərəfli bəyanatın 4-cü bəndini xatırlayaq: bütün erməni gücləri (yəni Ermənistan silahlı qüvvələrinin briləşmələri, eləcə də qanunsuz erməni silahlıları) Rusiya sülhməramlıları məsul olduqları bölgələrə daxil olduqları zaman paralel olaraq Qarabağ ərazisindən çıxarılmalıdırlar. Beləliklə, rus sülhməramlılarının müvəqqəti (!) olaraq yerləşdikləri Azərbaycan ərazilərində silahlı erməni qalmamalıdır, bu qədər bəsit!
Bəli, Bakı hər şeyə nəzarət edir, hətta ən kiçik detallar belə qeydə alınır və tədbirlər görülür, ancaq rus sülhməramlıları bütün bunlarla yanaşı, erməni silahlı quldur dəstələrinin Qarabağda səngər qazmalarına, blindajlar tikmələrinə qadağa qoymalıdırlar. Lakin bu da nədənsə rusların gözlərindən yayınır (?!). Ya da onlar quldurların müdafiə istehkamları qurmalarına barmaqarası baxmaqla bilavasitə üzərlərinə düşən öhdəlikləri qəsdən (!) yerinə yetirmirlər.
Nəticədə Bakı Rusiya sülhməramlılarına mandatın verilməsi prosesini haqlı (!) olaraq gecikdirir və belə davam edərsə, onların Azərbaycan ərazilərini vaxtından əvvəl tərk etmələri ehtimalı get-gedə artmağa başlayır.
Məğlub olmaq faktı kapitulyasiya deyilsə, onda hansı səbəblərdən mühasirəyə düşmüş, məhvə uğramış 30 minlik qruplaşmaları Ağdamdan çıxarıldılar?
Halbuki, ruslar separatçılara sual etməlidirlər ki, onlar blindajları kimə qarşı tikirlər? Onları müharibə vaxtı darmadağın edib, kapitulyasiyaya uğradanlara qarşımı? Və ya məğlub olmaq faktı kapitulyasiya deyilsə, onda hansı səbəblərdən mühasirəyə düşmüş, məhvə uğramış qruplaşmaları Ağdamdan çıxarıldılar, yaxud Kəlbəcəri və Laçını niyə tərk etdilər? Belə döyüşəniydilərsə axıra qədər dirəniş göstərərdilər. Ancaq bunu edə bilmədilər, çünki diz çökdülər!
Belə yerdə istər-istəməz bu fikirlər yer almağa başlayır: gərək sizi mühasirədən çıxmağa imkan verməzdik, lakin sizlərdən fərqli olaraq bizdə humanizm prinsipləri var. Amma hər şeyə rəğmən, müharidən çıxmağınıza şərait yaradıldı.
İndi siz bu böyük humanist addımı qiymətləndirə bilməməyinizlə yanaşı, yenidən bərpa olunmağınız haqqında xəyallara dalır, müharibə ritorikaları ilə çıxışlar edirsiniz. Halbuki, mühasirədən çıxmağınıza imkan verilməsəydi, təkcə Ağdamda +30 min zinvorunuza (ermənicə əsgər) da yas saxlayacağıydınız.
Rusiyanın sülhməramlı kontingenti heç bir məsələyə qarışmayacaq
Sizin həyatlarınız ona görə qorundu ki, siz (silahlı quldurlar) gedəsiniz və bir daha geri dönməyəsiniz. Silahsızlarınız. Dinc əhaliniz isə qalıb öz həyatlarını davam etsinlər. Onların təhlükəsizliklərini üçtərəfli bəyanata görə dəvət olunmuş Rusiya sülhməramlıları qoruyur. Bütün bunlar fakt olaraq ortadadırsa, onda Qarabağda yenidən tikilən blindajlar hansı məqsədlidir? Kimlərə qarşı müharibə aparacaqsınız? Demək, belə çıxır ki, pretenziyalarınız qalıb? Fəqət, unutmayın ki, bunu siz istəyirsiniz və bu dəfə Rusiyanın sülhməramlı kontingenti heç bir məsələyə qarışmayacaq, heç ixtiyarları da yoxdur, çünki onların missiyaları dinc əhalini qorumaqdan ibarətdir, başqa heç nə..!
Rövşən RƏSULOV