Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı, Azərbaycanda Rus İcmasının sədri Mixail Zabelin Xaçmazda aztəminatlı ailələrlə görüşüb.
Diaspor info xəbər verir ki, görüşdə həmçinin YAP Xaçmaz rayon təşkilatının sədri Şəmsəddin Xanbabayev, Xaçmaz şəhər icra hakimiyyəti başcısının müavini Günel Nurəddinova, “Ruskiy Dom” İnformasiya Mərkəzinin nümayəndəsi Eqorov Dmitriy Yevqenyeviç iştirak ediblər.
Heydər Əliyev Mərkəzinin binasında keçirilən görüşdə deputat Mixail Zabelin 28 nəfər aztəminatlı şagirdi məktəb ləvazimatları ilə təmin edib.
Müəllif: Aysel Məmmədova
129