Diaspor info- xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərini bitirərək ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan məzunlarla görüş zamanı Təhsil naziri Rəhman Məmmədov deyib. Nazir bildirib ki, ümumilikdə 2020-2021-ci tədris ili üzrə ümumtəhsil məktəblərini Heydər Əliyev adına Hərbi Lisey də daxil olmaqla 2882 məzun bitirib, onlardan 2470-i, yaxud 86 faizi ali məktəblərə qəbul imtahanlarında iştirak edib. İmtahanda iştirak edən məzunlardan 1612-si, yaxud 65 faizi ali təhsil müəssisələrinə qəbul olub. Muxtar respublika üzrə 261 məzun 500-dən yuxarı bal toplayıb ki, onların da 155-i, yaxud 60 faizi qızlar, 106-sı, yaxud 41 faizi isə oğlanlardır. Yüksək bal toplayan məzunlardan 57-si Naxçıvan şəhər, 35-i Şərur, 44-ü Babək, 21-i Ordubad, 32-si Culfa, 15-i Kəngərli, 21-i Şahbuz, 6-sı Sədərək rayonunun, 30-u isə Təhsil Nazirliyinə birbaşa tabe ümumtəhsil məktəblərinin məzunlarıdırlar. Muxtar respublikanın ali təhsil müəssisələrində yaradılan müasir infrastrukturun nəticəsidir ki, yüksək nəticə göstərən məzunların 150-si, yaxud 58 faizi muxtar respublikanın ali təhsil müəssisələrinə qəbul olub.