10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanat. Artıq ötən ilin 10 noyabr tarixində imzalanmış Üçtərəfli Bəyanatın birinci ildönümüdür. Belə bir deyim var: “Haqq yolunda addımlayanın köməyi çox, düşməni yox olar”. Bu, həqiqətən də belədir. Və bu gün 10 noyabr tarixi sənədi imzalamaqla 30 il Qələbə həsrətinə son qoyuldu - Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın tam qələbəsi ilə başa çatdı!
Ayağı sayalı Şuşa...
Şuşanın ayağı sayalı oldu. 8 noyabrda Şuşamızın azad olması müjdəsini verən Prezident, Ali Baş Komandanımız İlham Əliyev Şuşanın azad olunduğunu və üçrəngli Dövlət Bayrağımızın dalğalandığını dedi. 9 noyabr qürurumuz, məsləyimiz, mənliyimiz olan Bayraq Günü zamanı 71 kəndlərin, 1 qəsəbə və 8 yüksəkliyin azad oluması, 10 noyabrda isə Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin videokonfrans formatında görüşdə yenə də Ermənistanın baş nazirinin iştirak etməməsi bir daha terrorçu dövlətin xislətinin sübutudur. Lakin buna baxmayaraq, 3 ölkənin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Ermənistanın baş naziri Nikol Paşinyanın və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Bəyanatı şanlı qələbəmizdir. Bunu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində də söyləyib: «Bu bəyanat bizim şanlı qələbəmizdir. Şadam ki, bu gün bu müjdəni Azərbaycan xalqına verirəm. Hesab edirəm ki, bu bəyanatın imzalanmasının səbəblərindən biri də dünən qeyd etdiyimiz parlaq qələbəmizdir, tarixi qələbəmizdir, Şuşanın işğaldan azad edilməsidir, Şuşa Qarabağın tacıdır! Şuşanın azad edilməsi həm böyük siyasi, həm böyük strateji, eyni zamanda, çox böyük mənəvi məna daşıyır. Biz Şuşaya qayıtdıq, biz Şuşanı qaytardıq, biz Şuşada yaşayacağıq və işğaldan azad edilmiş digər bütün torpaqlarda həyat qaynayacaq. İnsanlar o torpaqlara qayıdacaq, orada yaşayacaq, insanlarımızın 30 illik həsrətinə son qoyulur».
Bu bəyanat mahiyyət etibarilə Ermənistanın kapitulyasiyasıdır
Noyabrın 10-da Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin üçtərəfli bəyanatını imzaladılar. Ancaq yenə də eyni oyun, eyni riyakarlıq. İşğalçı Ermənistan bu bəyanata qol çəkməkdən imtina edib. Sözsüz ki, gücsüz, rəzil Paşinyan kimi mənəviyyatsız, terrorçu güclü, dünya dövlətlərinin qəbul etdikləri İlham Əliyev kimi diplomatik Lider qarşısında rəzil və faşist xislətli Paşinyan kimilərin siçan deşiyinə girməsi təəccüblü də deyil. Məhz Ali Baş Komandanın diplomatik siyasətinin, Müzəffər Ordumuzun və Rəşadətli əsgər və zabitlərimizin gücü, şücaəti qarşısında sınmalıdır. Və sentyabrın 27-dən etibarən ilk gündən 44 gün ərzində zəfər yürüşünə başlayan Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi, uzun illər ərzində işğal olunan Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli rayonlarını, Xocavənd rayonunun böyük hissəsini, Laçın rayonunun bir sıra kəndlərini işğaldan azad etdi. Beləliklə, 44 gün ərzində Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi. Xalq-Ali Baş Komandan birliyi Ordumuzun zəfər yürüşünün əsasını təşkil etdi.
Xalq-Ali Baş Komandan, xalq-ordu birliyi üzərində qurulan zəfər yürüşü ilə Azərbaycan həm də BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin icrasının bir qismini də uğurla icra etdi. Ümumilikdə, hərbi kampaniya dövründə 5 şəhər, 4 qəsəbə, 286 kənd, çoxsaylı strateji yüksəkliklər işğaldan azad olundu. Və noyabrın 10-da imzalanan bəyanat Dağlıq Qarabağ münaqişəsinin tarixi qələbəsini elan etdi! Bu bəyanat mahiyyət etibarilə Ermənistanın kapitulyasiyasıdır. Döyüş meydanında darmadağın edilən Ermənistanın Azərbaycan Prezidentinin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etməkdən başqa çıxış yolu qalmadı. Beləliklə, Paşinyan kapitulyasiya şərtlərinə razılığını verdi. Bu Bəyanat uzun illər davam edən işğala son qoydu. Həmçinin, Bəyanatın imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdı. Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən qaytarıldı. Dördüncüsü, 44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə nəticələndi.
Bu Bəyanatın imzalanması ümumxalq birliyinin bariz nümunəsidir. Ölkəmizin bütün bölgələrində hər bir vətəndaş böyük həyəcan hissi ilə bu günləri yaşayıb, hər gün televiziya önündə, radio qarşısında, internetdə cəbhədən gələn xəbərləri izləyib və uğurlarımıza seviniblər. Həmrəylik bizim ən böyük sərvətimiz və dəyərimizdir.
10 noyabrda imazalanmış Bəyanat status-kvonu dəyişdi və Azərbaycanın maraqlarına uyğun bir şəkildə hazırlanmışdır. Ali Baş Komandan İlham Əliyevin israrlı mövqeyi nəticəsində məğlub və çıxılmaz vəziyyətə düşən Ermənistan rəhbərliyi işğal edilmiş bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxmaq və bunun üçün çıxış qrafikini təqdim etməyə məcbur olmuşdur. Qarabağa heç bir status verilmir. “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazi yoxdur. Qarabağın bütün rayonları digər rayonlarımız kimi Azərbaycanın tərkibində olan ayrılmaz ərazimizdir. Laçın dəhlizində təhlükəsizliyin təminatı Azərbaycanın səlahiyyətindədir. Ordumuzun döyüş meydanında qazandığı qələbələr siyasi müstəvidə də qələbənin qazanılmasını şərtləndirdi. Belə ki, Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyinə nail olub. Bu Bəyanat eyni zamanda Vətən müharibəsində Azərbaycanın parlaq qələbəsini rəsmiləşdirdi. Bəyanat Azərbaycanın Ermənistan üzərində şərtsiz hərbi üstünlüyünü təsdiq etdi. 44 günlük müharibə müddətində qardaş Türkiyə açıq dəstəyi bir çoxlarının bu münaqişəyə müdaxilə cəhdlərini alt-üst etdi. Türkiyədən gələn dəstək və həmrəylik nümayişi Azərbaycan xalqını Qələbəyə ruhlandırdı. Üçtərəfli Bəyanatda göstərilən bəndlərin icrası məcburi köçkünlərin geri qayıtması ilə demoqrafik balans tamamilə Azərbaycanın xeyrinə dəyişəcəyi deməkdir.
Bir sözlə, alternativi olmayan 10 noyabr üçtərəfli Bəyanat erməni miflərinə son qoyuldu, “Böyük Ermənistan” planı fiaskoya uğradı. Qələbə həm də azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaq. Bu, belə də oldu.
Ali Baş Komandan, Prezident İlham Əliyevin dediyi kimi: «Bu bəyanat bizim şanlı qələbəmizdir!... Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!»
RƏFİQƏ KAMALQIZI