Ukraynada azərbaycanlı Fərid Kamil oğlu Səfərov energetika nazirinin müavini təyin olunub.
O, bu təyinatadək Ukrayna İnfrastruktur Nazirliyində Nəqliyyat və poçt xidmətləri üzrə rəqəmsal infrastruktur departamentinin baş direktoru işləyib.
Fərid Səfərov əslən Azərbaycanın Gəncə şəhərindəndir. 1991-ci ildə Kiyevdə anadan olub.
2014-cü ildə Taras Şevçenko adına Kiyev Milli Universitetində “Beynəlxalq hüquq” ixtisası üzrə magistratura təhsili alıb.
2015-ci ildə Vadim Hetman adına Kiyev Milli İqtisad Universitetində "Beynəlxalq biznes ixtisasına yiyələnib.
Hazırda T.Şevçenko adına Milli Universitetinin Kiyev Beynəlxalq Əlaqələr İnstitutunun elmi işçisi və aspirantıdır.
470