"Ümummilli Lider Heydər Əliyev tərəfindən başlanan ordu quruculuğu və milli təhlükəsizlik siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən kifayət qədər uğurla davam etdirilir. Strateji əhəmiyyət daşıyan ordu quruculuğu məsələsinə cənab Prezident tərəfindən kifayət qədər ciddi diqqət ayrılıb. Azərbaycan dövləti ordumuzun döyüş qabiliyyətinin, müdafiə imkanlarının artırılması, həmçinin maddi-texniki təchizatının yaxşılaşdırılması üçün kifayət qədər ciddi tədbirlər həyata keçirib. Ümumiyyətlə, götürdükdə isə Azərbaycan hakimiyyəti üçün ordu və təhlükəsizliyin təminatı son iki onilliyin ən prioritet sahəsi olaraq qəbul edilib və bu fəaliyyətlərin nəticəsi özünü məhz Vətən müharibəsində daha qabarıq bir şəkildə nümayiş etdirdi". Bu sözləri Diaspor info-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
Onun sözlərinə görə, Azərbaycan Qarabağın işğalı ilə heç zaman barışmayacağını dəfələrlə Prezident səviyyəsində bəyan edib və bu bəyanatın altını doldurmaq üçün Silahlı Qüvvələrimiz dünyada mövcud olan ən müasir silah sistemləri ilə kifayət qədər ciddi addımlar atdı. Bura həm yerli istehsalın, yerli müdafiə sənayesinin qurulması, həm də Qarabağ əməliyyatlar teatrında effektiv nəticə verə biləcək silah sistemlərini müxtəlif təchizatçılardan əldə etməklə ordunun döyüş potensialını Ermənistan ilə müqayisədə bir neçə dəfə artıra bildi. Son nəticədə isə əldə olunan silahlar, yaradılan maddi-texniki baza, birgə hərbi təlimlər və şəxsi heyətin mənəvi-psixoloji hazırlığı sonunda Azərbaycanı son hədəfinə Qarabağın azad olunması hədəfinə nail olması ilə nəticələndi".
Ayşən Vəli