“Soçidə məlum görüşdən sonra əvvəlcədən müzakirə olunan, əvvəlcədən nəticələri proqnozlaşdırılan Ermənistanın baş naziri və Azərbaycan Prezidentinin Avropadakı Brüssel görüşü idi və bu görüşlə bağlı yetərincə həm medianın, həm də analitiklərin və ekspertlərin kifayət qədər incələmələri var. Artıq səfər baş tutubdur və görüşlər olub. Azərbaycan Prezidentinin kifayət qədər uğurlu çıxışları, inamla verilən mesajları dünya mediasının gündəmini tutmaqdadır və əsas informasiyalardandır. Bu görüşlərdən sonra həm də bir sıra dünya mediasının nümayəndələri ölkə Prezidenti cənab İlham Əliyevə müxtəlif suallar ünvanlayır və müsahibələr almağa cəhf edirlər”. Bu sözləri Diaspor info-ya verdiyi açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu deyib.
BAMF sədri qeyd edib ki, İspaniyanın “El Pais” qəzetinin də verdiyi suallar bir qədər provokativ olsa da, həmişə olduğu kimi, 44 günlük müharibə ərəfəsində və sonrakı dövrlərdə olduğu kimi, cənab Prezident bu suallara son dərəcə təmkinlə, arqumentlərlə, faktlarla cavab verdi və Ermənistanın riyakar siyasətini ifşa etdi.
“Ümumiyyətlə, cənab Prezidentə ünvanlanan bütün suallara ölkə başçısının verdiyi cavabdan sonra aponentlər artıq o cavabların qarşılığında hərhansı bir təkrar sual vermək gücündə olmurlar. Mən hesab edirəm ki, cənab Prezidentə hər gün, hər an belə suallar ünvanlanır və bu gün çox peşəkarcasına ölkə Prezidenti regionla bağlı, postkonflikt dövrü ilə bağlı, regionda açılacaq kommunikasiyalarla bağlı, yollarla bağlı, Zəngəzur dəhlizi ilə, Laçın dəhlizi ilə bağlı son dərəcə ciddi, qətiyyətli mesajlar verdi və bu mesajlar birmənalı şəkildə əvvəlki mesajları bir daha möhkəmləndirən, bir daha əsaslandıran mesajlar idi.
Əlbəttə, mən hesab edirəm ki, son dərəcə uğurlu bir səfər, uğurlu bir görüş oldu. Avropa Birliyində ölkə Prezidentinin bütün görüşləri hesab edirəm ki, mübaliğəsiz həm Azərbaycan diplomatiyasının uğuru kimi dəyərləndirilməlidir, həm də regionumuza barış, sülh gəlməsində əsas mövqe kimi qiymətləndirilməlidir”, deyə Umud Rəhimoğlu bildirib.
Müəllif: İnam Hacıyev