Azərbaycanın Estoniyadakı səfirliyinin təşəbbüsü ilə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə Estoniyanın Dövlət Poçt Xidməti (Omniva) tərəfindən poçt markaları nəşr edilib.
Diaspor info-xəbər verir ki, üzərində “Nizami Gəncəvi 880. Dahi Azərbaycan şairi və mütəfəkkiri” yazısı əks olunan poçt markaları Estoniyada rəsmi dövriyyəyə buraxılıb.
138