"Horadiz-Ağbənd avtomobil yolunun Cəbrayıl rayon ərazisindən keçən hissəsində hazırda təmizləmə əməliyyatları davam edir".
Diaspor info-xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) supervayzeri Natiq Əsədov deyib.
O bildirib ki, əməliyyatlar müxtəlif üsullarla aparılır: "İndiyədək ərazidə 338 ədəd partlamamış hərbi sursat və 5 cərgəli mina xətti aşkarlanıb".
125