"İlk növbədə Brüssel görüşü möhtərəm cənab Prezidentin xarici siyasətinin qələbəsidir. Bu böyük bir qələbədir və Azərbaycan diplomatiyasının qələbəsidir. Bu Azərbaycanın hakimiyyətinin səyləri nəticəsində dünyada yaranan yeni panoramadır". Bu sözləri Diaspor info-ya açıqlamasında deputat Rüfət Quliyev deyib.
Onun sözlərinə görə, dünya, o cümlədən Avropa son 30 ildə Azərbaycanı bir o qədər də qəbul etməyib və yaxud qəbul etsə də o qədər də bizim məsələlərin həllinə səy göstərməyib: "İndi Aİ Şurasının Prezidenti Şarl Mişel fakt qabağında qalıb və məcburiyyət qarşısında Ermənistanda Paşinyanla görüşəndə Ermənistana və oradakı hakimiyyətə vədlər verdi: "O, məcburiyyət qarşısında cənab Prezidentin planını qəbul etməyə məcbur oldu. Bu ilk növbədə o deməkdir ki, bizim delimitasiya, demarkasiya məsələləri tezliklə həll olunacaq, sülh müqaviləsi bundan sonra bağlanacaq, Zəngəzur dəhlizi açılacaq".
Deputat sözlərinə belə davam edib: "Bunlar istər Qafqaz regionunda, istərsə də 6 ölkə - Gürcüstan, Ermənistan, Azərbaycan, Rusiya, İran və Türkiyə platformasında yaranan yeni bir lahiyə və yaxud Avropanın özünə çox maraqlı bir yeni təfəkkürdür. Brüsseldə heç mən gözləmirdim ki, Avropa parlamentləri, Avropa hakimiyyəti bu formada qəbul edəcək. Biz bilirdik ki, başqa yol yoxdur, bunlar bunu qəbul etməlidirlər. Bu möhtərəm cənab Prezidentin siyasətinin qələbəsidir və Azərbaycan diplomatiyasının səyləri nəticəsində olan bir qələbədir. Bunu tək Avropa yox, hamı başa düşdü. Bütün dünya, bəşəriyyət bunu başa düşdü və onlar gördülər ki, artıq heç Avropada da elə bir qüvvələr qalmayıb ki, Ermənistanı sona qədər müdafiə etsinlər".
"Mən bir də bir millət vəkili kimi, bir azərbaycanlı kimi fəxr edirəm ki, bizim xarici siyasət, daxili siyasət və başında duran möhtərəm cənab Prezidentin siyasəti bu qədər uğurludur. Biz hamımız yəni, 10 milyon azərbaycanlı yox, 50 milyon dünyada yaşayan azərbaycanlılar bununla fəxr edirlər. Biz hər gün yüzlərlə təbriklər alırıq, yüzlərlə məktublar, sms-lər alırıq və bunların hamısında qeyd olunur ki, bu Azərbaycanın son 25-28 ildə aparılan siyasətin nəticəsidir. Yəni, bu bugünün, bir ilin, üç ilin, beş ilin siyasəti deyil. Hesab edirəm ki, bu görüşlər Azərbaycan, türkdilli dövlətlər və bizi istəyən xalqlar üçün böyük bir qələbədir".
Ayşən Vəli
157