"Ümumiyyətlə qeyd etmək istərdim ki, cənab Prezident İlham Əliyev elmə, təhsilin inkişafına hər zaman xüsusi diqqət və qayğı göstərib. Son illər ölkəmizdə bir çox yeni məktəblər inşa olunub, universitetlərin maddi-texnika bazasının gücləndirilməsi istiqamətində çox mühüm addımlar atılıb". Bu sözləri Diaspor info-ya açıqlamasında deputat Ceyhun Məmmədov bildirib.
Onun sözlərinə görə, cənab Prezidentin bilavasitə hakimiyyəti illərində ADA Universiteti fəaliyyətə başlayıb: "Hal-hazırda ADA Universiteti təkcə ölkəmizdə yox, həm də dünyanın aparıcı universiterləri arasında fəaliyyətini davam etdirir. Azərbaycan İlahiyyat İnstitutu yaradılıb və bu gün də fəaliyyətini davam etdirir. Azərbaycanın digər bölgələrində bir çox universitetlərimiz təmir olunub, xüsusi diqqət və qayğı göstərilib. Cənab Prezidentin biləvasitə rəhbərliyi ilə təhsil sahəsində islahatlar başladılıb və davam etdirilir.
Təhsil Tələbə Krediti Fondunun yaradılmasını xüsusi qeyd edə bilərik ki, bu da ümumi gənclərimizin təhsil xərclərinin qarşılanmasına öz təsirini göstərəcək. Ötən il pandemiyaya görə təhsil xərcini ödəyə bilməyən, xüsusilə də müəyyən güzəşt kateqoriyasına daxil olan 20 minə yaxın tələbə dövlətin güzəştlərindən yararlanıb. Müəllimlərin maaşı cənab Prezidentin sərəncamlarına əsasən müəyyən qədər qaldırılmışdır. Azərbaycan Milli Elmlər Akademiyasında islahatların aparılması ilə bağlı İlham Əliyevin sərəncamları olub. Çoxlu sayda Azərbaycan gənci dövlət büdcəsi hesabına xaricə göndərilərək orada təhsil alıb. Bu gün onlar ölkəmizə dönərək müxtəlif sahələrdə öz təhsillərini davam etdirirlər. Bütün bunlar onu göstərir ki, bu gün cənab Prezident elm sahəsinə xüsusi diqqət göstərir. Ölkəmizdə Elmin İnkişafı Fondu yaradılıb. Bu fondun vasitəsilə bir sıra çox vacib addımlar atılıb. Qeyd etdiyim kimi bütün bunlar cənab Prezidentin elm, təhsil istiqamətinə göstərdiyi diqqətin, qayğının nəticəsidir”.
Müəllif: Abutel İlhamqızı
216