"Brüssel səfərinin əsas nəticəsi kimi həm NATO, həm də Avropa Birliyi Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul edir". Bunu Diaspor info-ya açıqlamasında deputat Asim Mollazadə deyib.
O, qeyd edib ki, bizim çoxşaxəli əməkdaşlığımız hər iki təşkilatla inkişaf edəcək. Avropa Şurasının sədri cənab Berelin təşkil etdiyi Azərbaycan Prezidenti və Ermənistan baş naziri arasında görüş, əslində, yenə də bölgədə Vətən müharibəsindən sonra olan reallıqların qəbulu ilə nəticələndi. Ermənistan üzərinə düşən bütün öhdəlikləri həyata keçirəcəyini bəyan etdi.
Asim Mollazadə bu barədə fikirlərini belə izah edib: "Mən düşünürəm ki, bu çox müsbət haldır. Həm Avropa Birliyi, həm də NATO Azərbaycanın sülh istəyi, bölgəni sabitlik və əməkdaşlıq bölgəsinə çevirmək istəyini dəstəklədi. Ümidvaram ki, Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirərək sərhədlərin delimitasiyası, kommunikasiyaların açılmağı və qonşuluqda olan hər bir ölkənin ərazi bütövlüyünü tanımaqla normal dövlətə çevirilə bilər. Bununla da regionda həyata keçirilən böyük layihələrdə özü üçün iştirak imkanı qazana bilər. Mən Brüssel səfərini yüksək qiymətləndirirəm və ümidvaram ki, qəbul olunan qərarların tezliklə icrası bölgəmizi sülh və sabitlik bölgəsinə çevirə bilər".
Müəllif: Turqay Musayev
180