“Prezident İlham Əliyevin sərncamı ilə 2022-ci ilin yanvarın 1-dən ölkəmizdə minimum əmək haqqının 300 manata çatdırılması, həm də vahid tarif cədvəli üzrə işləyənlərin əmək haqlarının artırılması əhalinin sosial rifahının yaxşılaşmasına xidmət edəcəkdir. Həm də cənab Prezidentin sərəncamları ilə dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların əmək haqları da yanvarın 1-dən artırılır”. Bu sözləri Diaspor info-ya açıqlamasında deputat Azər Badamov deyib.
Onun sözlərinə görə, bu ilk növbədə Prezident İlham Əliyevin yürütdüyü siyasətin göstəricisidir: “Minimum əmək haqqının artırılması özəl strukturlarda çalışanların əmək haqlarının da artmasına öz təsirini göstərəcəkdir. Çünki, ölkədə qanunla minimum əmək haqqıdan aşağı əmək haqqının ödənişi qadağandır. Bu özəl sektorda minimum əmək haqqı səviyyəsində ödəniş alanların əmək haqlarının artması deməkdir”.
Deputat sözlərinə belə davam edib: “O cümlədən, muzdla işləyən 600 mindən çox insanın əmək haqqısının artmasına öz təsirini göstərəcəkdir. Son vaxtlar bazarlarda müəyyən malların qiymətlərindəki artımlarla bağlı cəmiyyətdə fərqli fikirlər səslənirdi. Cənab Prezidentin imzaladığı bu sərəncamlar sosial paket olaraq yenidən qüvvəyə minəcək və insanların gəlirlərinin artmasına, həmçinin alıcılıq qabiliyyətinin artmasına xidmət edəcəkdir”.
”Son illər ölkə başçısının sərəncamları ilə əmək haqları və pensiyalar mütəmadi olaraq artırılır. Ancaq son üç ildə minimum əmək haqqı 130 manatdan 300 manata çatdırılır. Cənab Prezident dövlətin iqtisadi imkanları artdıqca əhalinin sosial rifahının yaxşılaşmasına xidmət edəcək belə addımların atılmasını davam etdirəcəkdir”.
Ayşən Vəli