Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyənləşdirilməsi istiqamətində işlərin başlaması üçün komissiyanın yaradılması üçün bütün tərəflər razılıq verməlidir. Azərbaycan tərəfi bu prosesə start verməyə hazırdır. Diaspor info-xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov dekabrın 27-də 2021-ci ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.
“Düşünürük qarşı tərəf də bu məsələnin ciddiliyini anlayaraq yaxın zamanda müsbət qarşılıq verəcək. Ona görə düşünürük ki, yaxın aylarda bu komissiya formalaşacaq”, - deyə nazir qeyd edib.
185