Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesi üçün hər iki ölkənin müəyyən etdiyi xüsusi nümayəndələrin ilk görüşü Moskvada keçiriləcək.
Diaspor info-xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada cari ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
Nazirin sözlərinə görə, görüşün Moskvada keçirilməsi Ermənistan tərəfinin istəyidir.
144