Prezidentin doğum gününə həsr olunan genişmiqyaslı ağacəkmə tədbiri keçirilib. Diaspor info-xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 60 illik yubileyi ilə əlaqədar Bakı şəhəri Xocasən gölü ətrafında genişmiqyaslı ağacəkmə tədbiri keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Medianın İnkişafı Agentliyinin, "Cəmiyyətin və Medianın İnkişafı" İctimai Birliyinin rəsmilərinin və media nümayəndələrinin iştirakı ilə keçirilən ağacəkmə zamanı 500-dən artıq şam və zeytun ağacları əkilib.
Sevindiricidir ki, dövlət və özəl təşkilatların, QHT, media və ictimaiyyət nümayəndələrinin ağacəkmə kampaniyalarına yüksək fəallıqla qoşulması artıq bir ənənə halını alıb və hər kəs bu cür aksiyalarda yaxından iştirak edərək ölkədəki yaşıllıqların artırılmasına əməli töhfə verir.
Kəmalə Təyyarqızı