"Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən və onun müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizə səfərbər edən Dünya azərbaycanlılarının Həmrəylik Günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır". Bu sözləri Diaspor info-ya açıqlamasnda Azərbaycan Respublikaçılar Partiyasının sədri Sübut Əsədov deyib.

Onun sözlərinə görə, hazırda dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır: "Buna baxmayaraq onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Dünya azərbaycanlılarının birliyi və həmrəliyi ideyasının əsası da Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli mənəvi varlığına və ümumbəşərə hörmət onların daim qorunmasına, yaşamasına xidmət edir. Bildiyimiz kimi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Azərbaycan Respublikasının Ali Sovetinə müraciət edib. Dekabrın 25-də Ali Sovetin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya azərbaycanlılarının həmrəyliyi günü elan olunması barədə qanun qəbul edib və artıq bütün azərbaycanlılar rəsmən bu günü bayram kimi qeyd edir. Dünya azərbaycanlılarının həmrəylik tarixi qələbəmizi daha inamlı etdi. Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrinin məökirli təxribatlarlna qarşı cəsarətli etirazları Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırılmaları qələbəmizə layiqli töhfəsi oldu. Ümumilikdə demək olar ki, 31 dekabr dünya azərbaycanlılarının birliyinə, həmrəyliyinə xidmət edən bir gündür".
Arzu Qurbanzadə