”Omikron” ştammının digər ölkələrdə yayılması bizdə narahatçılıq doğurur”. Bu sözləri bu gün keçirilən birifində Azərbaycan Respublikası Prezidentinin köməkçisi Şahmar Mövsümov deyib.
Onun sözlərinə görə, Niderlandda faktiki olaraq yanvar ayının ortasına kimi bütün yeni il tədbirləri ləğv edilib: “Danimarka bütün teatr vəbmuzeylərin fəaliyyəti dayandırılıb. Yunanıstanda bütün milad bayramı ilə əlaqədar tədbirlər dayandırılıb və 60 yaşdan yuxarı insanların vaksinasiyası məcburidir. Portuqaliyada bütün bar və restoranlar, Çexiyada bütün yarmarkalar, Böyük Britaniyada müvafiq məhdudiyyətlər qoyulub, İspaniyada hər yerdə yəni qapalı və açıq məkanlarda maska taxılması tələb olunur. Almaniyada isə qapalı məkanlarda 10 nəfərdən çox toplaşma qadağandır. Bütün bunları səsləndirməkdə məqsədim odur ki, vəziyyət gərgi olaraq qalır”.
Müəllif: Arzu Qurbanzadə