"Möhtərəm cənab prezident İlham Əliyev 60 illik yubleyini Azərbaycanın mədəniyyət beşiyi, ikinci Qarabağ müharibəsində qələbəmizin zirvəsi hesab olunan Şuşada qeyd etdi". Bu sözləri Diaspor info-ya açıqlamasında millət vəkili İlham Məmmədov bildirib.
Onun sözlərinə görə, Ali Baş Komandan, Prezident
İlham Əliyev Şuşadakı çıxışında öncə onun fəaliyyətini yüksək qiymətləndirdikləri və ad günü münasibətilə təbrik etdikləri üçün qədirbilən Azərbaycan xalqına dərin minnətdarlığını bildirdi: "Daha sonra bu şanlı zəfər tarixini yazmış şanlı və müzəffər Azərbaycan Ordusuna öz təşəkkürünü bildirərək, daima onların yanında oldugunu qeyd etdi. Təbii ki, bu gün bütün Azərbaycan xalqı zəfər tarixini yazmış Sərkərdəmizin 60 illik yubleyini böyük sevinc və qürur hissi ilə qarşılayır. Eşq olsun Ali baş komandan İlham Əliyevə! Eşq olsun Azərbaycanın qeyrətli oğullarına!".
Müəllif: Banuçiçək Hüseynli