"Dünya özünün üçüncü minilliyinin daha yeni bir ilini qarşılamağa hazırlaşır. Son otuz il ərzində qeyd etdiyimiz hər yeni ilin bayram ovqatının dərinliklərində bir nisgil vardı - işğal altında olan Qarabağın nisgili. Biz hər təqvim ilinin dəyişməsinin astanasında həm də Dünya Azərbaycanlıların Həmrəylik gününü qeyd edirik. Otuz ildi ki, yer üzündəki bütün azərbaycanlıları həm də Qarabağ həsrəti həmrəy edirdi". Bu sözləri Diaspor info-ya açıqlamasında "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Alqış Musayev deyib.
Onun sözlərinə görə, bir gözümüz gülürdüsə, bir gözümüz ağlayırdı: "Lakin ilahi ədalət öz yerini tutdu, haqq nazildi, üzülmədi. 2019-cu ilin sonlarında Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev qətiyyətlə bütün dünyaya bu sözləri bəyan etdi: “Qarabağ Azərbaycandır!” O anlarda illərin nisgilinin üzərinə ümid qığılcımları səpələnməyə başladı. Bu qığılcımlar birləşdi, Qələbə istəkli məşələ döndü? Zəfərə aparan yolumuza nur çilədi. Prezidentin səsinə hər tərəfdən Azərbaycan övladları səs verdi: “Qarabağ Azərbaycandır!” Bu, öz ölkə başçısının səsinə səs verən məğrur güclü xalqın səsi idi. Bu Xalq-Prezident birliyi idi, bütün dünyaya nümayiş etdirdik! Elə bu birlik də bizi 2020-ci il ildə Qarabağa apardı. Səbri daşmış sunami dalğası kimi çökdük düşmənin üzərinə, işğalçı qüvvələri darmadağın etdik, torpaqlarımızı qaytardıq! 2021-ci ili qalib Azərbaycan kimi qarşıladıq! Elə qalib xalq kimi də azad olunmuş torpaqlarda quruculuq işləri apardıq, Şuşa bəyannaməsi imzaladıq, Füzuli aeroportu açdıq, Zəfər yolunu inşa etdik! İndi isə 2022-ci ilin astanasındayıq. Qarşıda bizi Müzəffər Ölkə başçımızın rəhbərliyi altında hələ çox qələbələr gözləyir. İstər elm və texnologiya, istər mədəniyyət və incəsənət, istər siyasət və iqtisadiyyat sahələrində daim inkişaf edəcəyik, elə Ali Baş Komandanımızın dediyi kimi, “Bundan sonra Azərbaycan dövləti qalib dövlət kimi inkişaf edəcək. Azərbaycan xalqı müzəffər xalq kimi yaşayacaq, qürur hissi ilə yaşayacaq”. Tariximizin bu şanlı günlərində Azərbaycan Respublikasının Prezidenti , cənab İlham Əliyev başda olmaqla, bütün Dünya Azərbaycanlıların Həmrəylik günü və Yeni təqvim ili münasibəti ilə təbrik edir, əmin-amanlıq, tərəqqi ,müvəffəqiyyət arzulayıram! Zəfər yolumuz əbədi olsun!".
Qönçə Quliyeva