Kanadada aparılan bir araşdırma “Omikron” ilə bağlı təəccüblü nəticələr ortaya qoyub. Kanadanın səhiyyə naziri dr.Tereza dünən verdiyi açıqlamada əllərində olan son məlumatlara görə, “Omikron” variantının ötürülmə müddətinin koronavirusun əvvəlki variantlarından daha uzun olduğunu söyləyib. Müvafiq olaraq yoluxmuş şəxs, virusu 10 günə qədər yaymağa davam edə bilər. Diaspor info-xarici mətbuata istinadən xəbər verir ki, bundan əlavə, Yaponiyada aparılan araşdırmaların nəticələrinin bu vəziyyətlə paralellik göstərdiyi bildirilib.
Yaponiya ilə bağlı açıqlama verən prezident, “Ölkədə aparılan son araşdırma da daxil olmaqla, müxtəlif hallardan nümunələr virusun yayılması və virus yükü səbəbindən variantın yoluxucu dövrünün 10 gün davam etdiyini göstərir” deyib. Bununla belə, ekspertlər bu araşdırmanın hələ də eksperimental olduğunu da vurğuladılar. Yoluxmuş xəstənin virusu ən çox yaydığı dövr onun virusa yoluxduğu 3-6-cı günləridir.
Müəllif: Rüqəyya Orucova