“Avropa İttifaqına sədirliyi qəbul edən Fransanın prezidenti Emmanuel Makron Ukranya və Rusyaya səfər edəcək. Fransa həm də, Normand formatında keçirilmiş danışıqların iştirakçısıdır”. Bu sözləri Diaspor info-ya açıqlamasında politoloq İlyas Hüseynov bildirib.
Onun sözlərinə görə, bu günə qədər Minsk razılaşmasının əldə olunmasında Fransanın da təşəbbüsləri nəzərə alınmışdı: “Onun əsas məqsədi gərginliyin aradan qaldırılması və eləcə də, tərəflər arasında siyasi dialoqun təmin edilməsidir. Çünki Ukranya və Rusiya arasında baş verən proseslər bütün dünyanı narahat edir. Əgər hər hansısa eskalasiya qeydə alınarsa, bu, bütünlükdə Avropa İttifaqını bürüyə bilər. Bununla da, yeni gərginlik ocağı formalaşa bilər. Fransa eyni zamanda Qərbi təmsil etdiyi üçün tərəflər arasında dialoqun əldə olunmasında mühüm töhvələr verməkdə israrlıdır. Türkiyə Prezidenti Rəcəb Tayyb Ərdoğanın Rusya və Ukranya arasında prosesləri tənzimləmək baxımından müsbət səyləri var və tərəflər bunu qəbul edirlər. Burada həm də vasitəçilik imkanlarının tərəflərə təqdim edilməsi və proseslərin müsbət məcraya hərəkətlənməsi müşahidə olunur. Əgər Türkiyənin müsbət təşəbbüsləri realığa çevrilsə həm Türkiyənin, həm də Türkiyə liderinin nüfuzu və beynəlxalq münasibətlər sistemində faktor kimi rolu güclənəcək. Digər önəmli məsələ isə Avropa İttifaqının daxilində vahid rəyin - müharibə çıxış yolu deyil tezisinin formalaşmasıdır. Müharibə risklərinində azalması üçün diplomatik fəaliyyət gücləndirməli və resuslar əlavə olunmalıdır. Makronun həm Rusiya və Ukranya liderləri ilə yaxşı işçi münasibətləri var və bundan istifadə edərək Fransa Prezidenti gərgin vəziyyətin aradan qaldırılmasına çalışacaq”.
Müəllif: Banuçiçək Hüseynli
191