Deyirlər, bir yalan var, bir də böyük yalan...amma belə görünür ki, ermənilər yalanın daha bir...quyruqlu “növünü” də icad etməyə nail ola biliblər. Belə ki, artıq onların uydurduqları ləyənlə dolu yalanlar, artıq indi heç “böyük ləyənə” belə sığmır.
Deməli,.. deyilənə görə, artıq neçə müddətdir ki, ermənilər möhkəm “narahatlıq” keçirirməyə başlayıblar. Amma deyim ki, nəyəsə ümidlərinin olduğunu da gizlətmirlər. Belə ki, bu gün onlar elə həmişə olduğu kimi, bu dəfə də özlərinin haqlı oldularını “sübut” etmək üçün hay-həşir salmağa başlayıblar...və təbii ki, öz yalanlarının effektsizliyini anlayaraq, artıq Errmənistandan kənarda da qəyyum axtarışına çıxıblar.
Görən, erməniləri bu qədər pəjmürdə edən, onları bu qədər qorxudan nədir?
Deməli, bu günlərdə Azərbaycanın mədəniyyət naziri Anar Kərimov erməni vandallarından azad edilmiş ərazilərdə “ermənilərin alban dini kilsələrində qoyduğu uydurma izlərin” aradan qaldırılması üçün işçi qrup yaradıldığı barədə açıqlama verib. Əslində, bunun üçün əsaslar da var. Çünki, ermənilərin müvəqqəti işğal etdikləri Azərbaycan torpaqlarında onların xüsusi xaçkar sexlərinin fəaliyyət göstərdiyi barədə çoxları məlumatlı olmalıdır. Qeyd edək ki, bu sexlərdə çalışan ermənilər nəinki təkcə alban dini kilsələrində, hətta azərbaycanlılara məxsus dini ziyarətgahlarda da “erməni izi” qoymaq üçün xüsusi işlər görürdülər.
Təbii ki, onlar bu ərazilərdə, tərəddüdlə də olsa, daimi qalacaqlarını düşünərək sonrakı aqibətlərini, nədənsə, nəzərdən qaçırıdılar.
İndi isə əl-ayağa düşüb “şivən qoparan” ermənilər, Azərbaycan Mədəniyyət Nazirliyinin “erməni mədəni irsinin məhv edilməsi”, “albanlaşdırılması” niyyətini “təsdiqləyən” bəyanatla çıxış edirlər. Dünyadan kömək diləyir, onları da öz yalanlarına şərik olmağa çağırırlar.
Təbii ki, ermənilərin bu yalanlarına inanıb, həmişə olduğu kimi, bu dəfə də, dar məcrada da olsa ona qahmar çıxanların olacağı istisna edilmir. Cünki ermənilər bu sahədə, yəni artıq dediyimiz kimi “quyruqlu yalanlar” üydurmaqda böyük təcrübəyə malikdirlər. Təsadüfi deyil ki, hələ ötən əsr bu ərazilərə səyahət edən ingilis səyyahı Vilson ermənilərin “...istənilən bir cəfəngiyatı böyütmək üzrə abırsız dərəcədə mahir” olduqları barədə xəbərdarlıq etmişdi.
Maraqlıdır, bu gün Qarabağdakı tarixi abidələr üzərində aparılacaq tədqiqat işləri, görən, erməniləri niyə belə qorxudur.
Təbii ki, cavab məlumdur, bu abidələrin heç birinin erməni və erməniçiliklə əlaqəsi yoxdur.
Bax, erməniləri qorxudan da budur. İndi onların durub Eçmiədzinin Müqəddəs Anasından, daha nə bilim Yunanıstanın Ermənistandakı sabiq səfiri olmuş Leonidas Xrizantopulosdan “bu abidələrin ermənilərə məxsusluğu ilə bağlı” iqtibaslar gətirmələri ilə deyil axı. Əgər, bu tarixi abidələr, doğrudan da, ermənilərə aiddirsə, onda ermənilərin əndiləşməsi üçün heç bir əsas olmamalıdır.
Təbii ki, ermənilər buna əmin deyillər. Deyəsən, belə görünür ki, bu dəfə üzun illər saxtakarlıqla məşğul olan erməni xaçkarların da işi kara gəlməyəcək. Ona görə də ermənilər elə indidən yalan təbliğata start veriblər.
...Yeri gəlmişkən, erməni yalanı ilə bağlı daha bir məlumatı nəzərinizə çatdırmaq istəyirəm.
Beləliklə, ötən gün Ermənistan Respublikasının Statistika Komitəsi 2021-ci ildə Ermənistanın sərhəd-keçid məntəqələri haqqında məlumat dərc edib. Həmən məlumata görə, ötən il ölkənin giriş-çıxış balansı guya 43,874 nəfər olub. Qeyd edək ki, bu ölkənin rəsmi bir idarəsinin təqdim etdiyi, belə demək olarsa, rəsmi bir sənəddir. Bundan əlavə, sən demə, hələ 5 minə yaxın xarici vətəndaş da Ermənistan vətəndaşı olmaq üçün həsrətlə “növbə” gözləyirlər. Əslində, bir dəqiqəlik də olsa, erməni yalanını unudub buna inanmaq istədim, amma...
Beləliklə, erməni iqtisadçı Zaven Hukeyan apardığı araşdırmalara istinad edərək bildirir ki, ötən il ölkənin giriş-çıxış balansı Ermənistan Respublikasının Statistika Komitəsinin təqdim etdiyi kimi 43,874 nəfər yox, 73 571 nəfər olub.
Bundan əlavə, Ermənistana daimi yaşamaq üçün “gələn” 5 minə yaxın xarici vətəndaşın təxminən 4 mindən artığı ikili vətəndaşlığı olanlardır. Yəni onların “daimi yaşamaq üçün Ermənistana gəlmək istəmələri” də yalan xarakter daşıyır. Onlar, sadəcə olaraq, “tarixi vətənlrini” ziyarət edib yenidən geri dönən ermənilərdir.
Gərək ki, yadınızda olar, mövcud Paşinyan hakimiyyəti ilk dövrlərdə müsbət saldo, daimi yaşamaq üçün Ermənistana gələnlər barədə yüksək səslə qışqırdı. Amma indi onlar da elə öz əcdadları kimi, yalan danışmağa başlayıblar...özü də, dediyimiz kimi, lap quyruqlusundan.
Ağasəf Babayev