"Hesab edirik ki, müharibələr yalnız xalqlara müsibətlər gətirir. Bu kontekstdən Azərbaycanın həm Rusiya ilə, həm də Ukrayna ilə yüksək əlaqələri var". Bu sözləri Diaspor info-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.
Onun sözlərinə görə, münasibətlərin kəskinləşməsi Azərbaycanı da ciddi narahat edir: "Biz hesab edirik ki, münasibətlərin normallaşması müharibədən yox, danışıqlardan keçir. Bu gün həm Rusiya tərəfində, həm də Ukrayna tərəfində insanların öldüyünü görürük. Bu da əlbəttə ki, hər bir Azərbaycan vətəndaşını ciddi narahat edir. Cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan Ukraynaya humanitar yardım göstərdi. Ukrayna prezidenti də Azərbaycana dərin təşəkkürünü bildirdi. Bu kontekstdə Azərbaycan Ukrayna xalqına öz dəstəyini əsirgəmir. Azərbaycan bu münaqişənin siyasi yolla həll olunmasını vurğulayır. Ümid edirik ki, tezliklə bu qarşıdurmalar yekunlaşacaq və iki dövlət arasında münasibətlər normallaşacaq".
Arzu Qurbanzadə
155