Azərbaycanda bütün sahələr üzrə islahatlar həyata keçirilir. Ölkəmiz postmüharibə dövrünə qədəm qoyub və işğaldan azad edilən ərazilərin bərpası və yenidən qurulması Azərbaycan dövlətinin prioritetlərindəndir.
Diaspor info-xəbər verir ki, bu fikirləri xarici işlər naziri Ceyhun Bayramov BMT İnsan Hüquqları Şurasının 49-cu iclasında çıxışında bildirib.
Nazir vurğulayıb ki, məqsəd Azərbaycanı ekoloji cəhətdən təmiz, yaşıl ölkəyə çevirməkdir. İşğaldan azad edilmiş ərazilərdə infrastruktura yenidən qurulur, “ağıllı” kəndlər, şəhərlər, parklar salınır.
96