“Ukrayna icması və azərbaycanlı könüllülərlə birlikdə iki gün ərzində Azərbaycanın sadə vətəndaşları və biznes nümayəndələri tərəfindən Ukrayna üçün qəbul edilmiş 30 tona yaxın humanitar yardım toplanıb”.
Diaspor info-nun əldə etdiyi məlumata istinadən xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski sosial şəbəkə hesabında məlumat paylaşıb.
“Toplanmış yardımın yarısı artıq Ukraynaya yola düşüb. 24/7 rejimində işləyirik.
“Duyğuları sözlə ifadə etmək mümkün deyil: həqiqətən də, indi ən çox ehtiyac duyulan – səmimi, ürəkdən gələn köməkdir, hər kəs harmonik və aydın şəkildə işləyir! Dostlar, siz möhtəşəmsiniz!”, – səfir qeyd edib.
119