“Rusiya və Ukrayna dövlətləri arasında gərgin münasibətlərin 3-cü dünya müharibəsinə səbəb olma ehtimalı yoxdur. Çünki Ukraynanı bir çox formalarda dəstəkləyən Avropa İttifaqı, ABŞ, Yaponiya, Avstralya kimi dövlətləri hərbi mənada Ukrayna ərazisində Rusiyaya qarşı vuruşmayacaqlar”. Bu sözləri Diaspor info-ya açıqlamasında politoloq Tural İsmayılov bildirib.
Onun sözlərinə görə, NATO Ukrayna-Rusiya münasibətlərinin gərginləşdiyi ilkin dövrlərdən Rusiyaya qarşı savaşmayacağını bildirib: “Ukrayna NATO və Avropa İttifaqının üzvü deyil. NATO Ukrayna ərazilərində Rusiyaya qarşı açıq müharibə etməyəcəyi təqdirdə Rusiya-Ukrayna savaşının 3-cü dünya müharibəsinə çevriləcəyi proqnozlaşdırılmır. Mən düşünürəm ki, Rusiya ilə Ukrayna arasında olan bu gərginlik hələ bir müddət davam edəcək. Çünki hər iki tərəfin danışıqlarda təklif etdiyi tələblər hər bir ölkə tərəfindən qəbuledilməz hesab edilir. Bu gün bir çox platformalarda görürük ki, müxtəlif hərbi yardımlar fonunda Qərb ölkələri Ukrayna ərazisində döyüşlərdə iştirak etməsələr də, açıq şəkildə Ukraynaya dəstək verməyə davam edir. Fikrimcə, istənilən halda Rusiya-Ukrayna münasibətlərinin qlobal məkanda növbəti ölkələrin iştirak etdiyi hansısa bir müharibə prespektivləri görünmür. Rusiyanın atacağı aqresiv addımlara misal olaraq nüvə raketindən istifadə edəcəyi fonunda bu hadisə baş verə bilər. Lakin Rusiya da ağılsız dövlət deyil ki, Ukrayna ərazisində hansısa nüvə silahından istifadə etməyəcək”.
Müəllif: Banuçiçək Hüseynli
120