• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

ŞƏHİD AYDIN ƏHMƏDLİ CANI-QANI İLƏ TARİX YAZANLARDANDIR.

29-01-2023, 13:00 | Baxılıb: 1 095
“ŞƏHİD AYDIN ƏHMƏDLİ CANI-QANI İLƏ TARİX YAZANLARDANDIR.

ŞƏHİD AYDIN ƏHMƏDLİ CANI-QANI İLƏ TARİX YAZANLARDANDIR.

Birinci Qarabağ savaşından sonra, otuz il idi ki, torpaqlarımız işğal altındaydı. Ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə başlayan və 44 gün davam edən İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” zamanı Azərbaycan ordusu öz qüdrətini yağı düşmənə göstərdi. Zəfərlə başa çatan Vətən müharibəsində qanı-canıyla şanlı tarix yazanlardan biri də, Aydın Əhmədlidir. Aydın Əhmədlinin anası və qardaşı Zaqatala rayon Qandax kəndinə xalasıgilə qonaq gəlmişdilər.

ŞƏHİD AYDIN ƏHMƏDLİ CANI-QANI İLƏ TARİX YAZANLARDANDIR.

Onlar paytaxt Bakı şəhərində kirayə yaşadıqları üçün və orada işlədiklərinə görə rayona bayramdan-bayrama gəlirlər. Odur ki, bu dəfəki fürsətdən istifadə edərək, şəhidin ailəsilə görüşdük. Şəhidin anası Bahar xanımla, onun ata yurdunda söhbətləşdik:”Biz Şəki rayonu orta Zəyzid kəndində yaşayırdıq. Oğlum orada orta məktəbə gedirdi, sonra işimizlə əlaqəli Bakı şəhərinə köçdük. Aydın 2017-ci ildə, Bakı şəhərindəki 179 saylı tam orta məktəbin 9-cu sinifini bitirdi. Sonra işləməyə başladı, əvvəlcə maşın təmiri sexlərində çalışırdı. Daha sonra bizneslə məşğul olan qohumumuzun yanında çalışırdı. Və 2020-ci ildə müddətli həqiqi-hərbi xidmətə getdi. Aprelin üçündə əsgər getdiyi zaman ilk vaxtlarda Ağcabədidə xidmət edirdi.

ŞƏHİD AYDIN ƏHMƏDLİ CANI-QANI İLƏ TARİX YAZANLARDANDIR.

27 sentyabrda başlanan Vətən müharibəsi zamanı aktiv döyüşlərdə iştirak edirdi. Oktyabrın 10-da, Füzuli istiqamətində gedən şiddətli döyüşlər zamanı qəhrəmancasına şəhid oldu. Döyüş yoldaşları deyirdi ki, Aydın yaralı komandirini döyüş meydanından çıxaran zaman snayperlə ürəyindən vurublar. Rabitəylə dərhal kömək istənilib, ancaq bütün bunlara baxmayaraq, oğlum Şəhid olub. Sonuncu dəfə telefonla əlaqə saxladığımız vaxtı deyirdi ki, özünüzə yaxşı baxın. “
Şəhid Aydın Əhmədlinin xalası Nəzakət xanım da, bacısıoğlu haqqında danışdı:” Aydın çox ağıllı uşaq olub, çox tərbiyəli idi. Xüsusən də, anasına qarşı çox diqqətli idi. Həmişə onu, gələcəklərini düşünər, evləri olmadığına görə ilk öncə işləyib ev alacağını deyirdi. Atasız böyüdüyü üçün hələ uşaq yaşlarından fiziki işlə məşğul olurdu.”
Aydının özündən başqa iki bacısı, bir qardaşı var, Ukalayeva Rəqsanə, Əhmədova Əfsanə və qardaşı İlkin Əhmədli.
Aydın uşaqlıqdan rəssamlığa meyl edir, rəsm çəkməyi sevirdi.

[center]ŞƏHİD AYDIN ƏHMƏDLİ CANI-QANI İLƏ TARİX YAZANLARDANDIR.

ŞƏHİD AYDIN ƏHMƏDLİ CANI-QANI İLƏ TARİX YAZANLARDANDIR.

Rəsm çəkməyi davam etdirə bilməsə də, Müasir və Şanlı tariximizi yazmağı bacardı
Şəhid Aydın Əhmədlini oxucularımızla da, yaxından tanış edirik:
Aydın Mustafa oğlu Əhmədli 2002-ci il martın 12-də Şəki rayonunun Orta Zəyzid kəndində anadan olub. Ailənin şəhidimizlə birgə 4 övladı var idi. Onun özündən böyük 2 bacısı, özündən kiçik bir qardaşı var. Aydın 2008-ci ildə Ə. Məmmədov adına Orta Zəyzid kənd 2 nömrəli tam orta məktəbin 1-ci sinifinə gedib və ibtidai təhsilini tamamladıqdan sonra, 2012-ci ildə ailəsi ilə birlikdə Bakıya köçüb. Elə həmin ildən təhsilini Binəqədi rayonu Q. Baxşıyev adına 179 nömrəli tam orta məktəbdə davam etdirib və həmin məktəbi bitirib.

ŞƏHİD AYDIN ƏHMƏDLİ CANI-QANI İLƏ TARİX YAZANLARDANDIR.

ŞƏHİD AYDIN ƏHMƏDLİ CANI-QANI İLƏ TARİX YAZANLARDANDIR.

Aydın Əhmədli 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Həmin tarixdən ordumuzun N saylı Hərbi hissəsinin Ağcabədi rayonunun Minaxorlu kəndində yerləşən bölmələrində həqiqi hərbi xidmətə başlayıb.
İlk gündən Vətən müharibəsinə qatılan Aydın da qanının son damlasına qədər qəhrəmancasına döyüşüb və 8 oktyabrda Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub. Ertəsi gün ailəsinin yaşayış yerinə uyğun olaraq Zaqatalanın Qandaq kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Aydın Əhmədli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

ŞƏHİD AYDIN ƏHMƏDLİ CANI-QANI İLƏ TARİX YAZANLARDANDIR.

ŞƏHİD AYDIN ƏHMƏDLİ CANI-QANI İLƏ TARİX YAZANLARDANDIR.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən, Aydın Əhmədli ölümündən sonra "Xocavəndin azad olunmasına görə" və 05-11-2021-ci ildə isə “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib.

Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.

скачать dle 10.6фильмы бесплатно

1 095

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb
DİN: “Sputnik Azərbaycan”la bağlı araşdırma başlayıb
Ersin Tatar Azərbaycana səfər edəcək
Baş nazir Respublika Seysmoloji Xidmət Mərkəzi ilə bağlı qərar imzalayıb
Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb
Pakistanın Baş naziri iyulun 3-də Azərbaycana səfər edəcək

Türkiyə Prezidenti Azərbaycana səfərə gələcək

"Baksol yolu"nda gəncin kanalizasiya quyusuna düşərək ölməsi ilə bağlı cinayət işi açılıb

Rusiya Ombudsmanı Yekaterinburqda azərbaycanlılara hücumlarla bağlı Baş Prokurorluğa müraciət edib

Azərbaycan XİN-də yeni idarə yaradılıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.