"Rusiyanın Ukrayna ilə danışıqların davam etdirilməsi gözləniləndir. Növbəti mərhələlərdə də Rusiya ilə Ukrayna arasında danışıqlar mütləq davam etdiriləcək". Bu sözləri Diaspor info-ya açıqlamasında politoloq Aytən Qurbanova deyib.
Onun sözlərinə görə, Ukrayna prezidenti Volodimir Zelenskinin sülh danışıqlarının bu gün davam etdirilməsi ilə bağlı bəyanat verməsi buna hesablanıb: "Yəni hər iki tərəfin qarşıya qoyulmuş konkret məqsədləri var və bununla təkliflər irəli sürülür. Çox təəssüf ki, aparılan danışıqlarda irəli sürülən təkliflərlə bağlı bu günə qədər ortaq məxrəcə gəlmək mümkün olmayıb. Ümumilikdə isə NATO-nun hər hansı bir formada Ukraynada sülhməramlı qismində fəaliyyət göstərməsi məsələsi gündəmdə deyil. Çünki Rusiyanın indiyə qədər irəli sürdüyü tələblərə heç də uyğun gəlmir. Belə bir istiqamətdə atılan addım adekvat olaraq qarşı tərəfin də aqressiv reaksiyasına səbəb ola bilər. Ancaq hər iki tərəfin moderatorların, vasitəçilərin iştirakı ilə danışıqların davam etdirilməsi sülh quruculuğu prosesi ilə bağlı qarşıya qoyulan şərtlərdə ortaq məxrəcə gəlinməsi gözlənilən və ümid edilən addımdır".
Arzu Qurbanzadə
138