“Aprel ayının 6-da Azərbaycan Prezident cənab İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə sülh müqaviləsi ilə bağlı razılıqlar əldə olundu”. Bu sözləri Diaspor info-ya açıqlamasında "Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi"nin rəhbəri, politoloq Samir Hümbətov deyib.
Onun sözlərinə görə, bu proses birdən-birə baş tutacaq bir proses deyil: “Təbii ki, sülh prosesi Avropa İttifaqının nəzarəti ilə keçirilməyə başladı. Bu, Rusiyanı narahat edən əsas məqamlardan biridir. Çünki Azərbaycanın Qarabağ ərazisində “sülhməramlılar” var. Onların özlərinə uyğun fəaliyyəti var və onlar bütün gücləri ilə çalışır ki, həmin fəaliyyətlərini təkcə bu 5 il ərzində yox, 5 ildən sonrakı müddətdə də davam etdirsinlər.
Avropa İttifaqının nəzarəti altında aparılan danışıqlar Rusiya üçün o qədər də cəlbedici deyil. Hətta Lavrov Ararat Mirzoyan ilə görüşdə belə bir fikir səsləndirdi ki, artıq ATƏT-in Minsk Qrupu bitdi. Bu, o deməkdir ki, artıq ATƏT-in Minsk Qrupu olmayacaq. Əslində Rusiya Qarabağ məsələsini öz manopolyasına almağa çalışır. Düşünürəm ki, Paşinyanın Rusiyaya səfəri zamanı əsas müzakirə olunan mövzular Qarabağ, Rusiya-Ermənistan münasibətləri olacaq”.
Müəllif: Arzu Qurbanzadə
155